Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Uşağınızı başa düşürsünüzmü?

Uşağınızı başa düşürsünüzmü?

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Hər şeydən əvvəl deyək ki, uşağı başa düşmək, ilk növbədə, onunla münasibətləri nizamlamaq üçün vacibdir. Əgər valideyn hələ də uşağına qarşı səhv mövqe tutmaqda davam edirsə və ya ən kiçik bir hərəkətində belə səbirsizlik göstərirsə, deməli, hələ də uşağını başa düşmür. Elə isə uşağı başa düşmək nə üçün vacibdir? Başqa sözlə, valideyni tərəfindən başa düşülməyən uşaq mütəmadi təzyiqlərə məruz qalırsa, bunun kənar təsirləri nə ola bilər?
Fikirlərimizi bir misalla izah etməyə çalışaq. Məsələn, bədəninizin bir yerindən şikayətiniz olduğunu və buna görə həkimə müraciət etdiyinizi düşünək. Misalı bir az da konkretləşdirək. Məsələn, ayağınızın ağrıdığını düşünək. Həkiminizə ayağınızın ağrıdığını deyəndə təbii ki, o da sizə müxtəlif suallar verəcək və xəstəliyinizin vəziyyətindən asılı olaraq müxtəlif analizlər tələb edəcək. Bütün bu mərhələlərdən sonra həkiminizin xəstəliyinizi müəyyən etdiyinə inanacaqsınız. Və təbii ki, həkimə etimad etdiyiniz üçün dediklərini (hətta sizə çətin olsa belə) yerinə yetirməyə çalışacaqsınız. İndi də əksini düşünün. Həkimə ayağınızın ağrıdığını deyirsiniz. Həkim də sizə heç bir sual vermədən (və ya heç bir analiz tələb etmədən) dərman yazır. Təbii ki, belə olduqda həkimin bu işdə ciddi olmadığını düşünəcək və dediklərini yerinə yetirməkdə tərəddüd edəcəksiniz. Hətta üstəlik bu hərəkətinə görə onu tənqid də edəcəksiniz.
Uşağın hərəkətinin səbəbini bilmədən, başa düşməyə çalışmadan reaksiya vermək də eynilə bunun kimidir. Uşaq bir hərəkət edir. Ancaq bunu edərkən şüuraltındakı düşüncələrinin təsiri altında qalır. Məsələn, divara şəkil çəkən uşaq bu hərəkəti ilə divarı gözəlləşdirdiyini və beləliklə anasının onu daha çox sevəcəyini düşünür. Bu düşüncə ilə divara şəkil çəkən uşaq şəkli anasına göstərir. Əgər belə vəziyyətdə ana şəkli bir qaralama kimi qiymətləndirirsə və buna görə fiziki və ya şifahi cəzaya müraciət edirsə, təbii ki, uşağın ruhunda sağalmaz bir iz buraxır. Bu münasibəti ilə uşağını öz hərəkətindən uzaqlaşdırmaq istəyən ana bəlkə də daha ciddi problemlərin meydana gəlməsinə səbəb olur. Eynilə xəstəsini dinləmədən dərman yazan həkimin onu daha ciddi bir təhlükə ilə üz-üzə qoyması kimi. Halbuki ana əvvəlcə uşağını dinləməyə çalışsa, həm məsələnin heç də onun düşündüyü kimi olmadığını görər, həm də uşağa psixoloji zərbə vurmadan divara şəkil çəkməyin pis iş olduğunu başa sala bilər.
Başqa bir məsələ isə uşağın öz hərəkətlərində təkid etməsidir. Belə ki, bəzən uşaq etdiyi bir hərəkətə görə valideynindən əks reakisya görür. Ancaq buna baxmayaraq valideyni ilə “ünsiyyətini davam etdirmək” üçün öz hərəkətində təkid edir. Əslində, bu da valideynin uşağını başa düşə bilmədiyini göstərir. Halbuki uşağınızı başa düşməyə çalışsanız və məqsədinizə nail olmadıqda bir mütəxəssislə məsləhətləşsəniz, səhv etmək ehtimalınız da azalar. Elə isə bu hərəkətlərin səbəbi nədir və ya uşaqlar mənfi hərəkətlərində niyə təkid edirlər?..
- Diqqəti cəlb etmək üçün,
- Valideynini cəzalandrımaq üçün,
- Gücünü isbat etmək üçün,
- Özünü ifadə etmək üçün...
Həmçinin, bu siyahıya uşaqlar arasında qısqanclıq, özünə inamsızlıq və s. kimi maddələri də əlavə edə bilərik. Hətta bəzi uşaqlar üçün bu maddələrin sayını 50-yə də çıxarmaq olar. Buna görə də, uşağınızı başa düşməyə çalışın və bununla təkcə bugünkü yox, gələcəkdəki problemlərinizin də qarşısını aldığınızı unutmayın.
Aygün Vəliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Noyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri