Icma.az
close
up
RU
Almaniyada daha bir “Hamas” üzvü saxlanılıb

Almaniyada daha bir “Hamas” üzvü saxlanılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 12 noyabr, AZƏRTAC

Almaniyada “Hamas”ın üzvü olmaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, saxlanılan şəxs Almaniyada və Avropanın digər ölkələrində İsrail və ya yəhudi qurumlarına qarşı silahlı hücumlar planlaşdıran qruplaşmaya silah təmin etməkdə şübhəli bilinir.

Prokurorluq bildirib ki, Livanda anadan olmuş şübhəli şəxs bu ilin avqustunda Almaniyada bir avtomatik tüfəng, səkkiz tapança və 600-dən çox güllə əldə edib. Daha sonra bu silahları Berlində artıq həbsdə olan digər “Hamas” üzvünə çatdırdığı müəyyənləşdirilib.

Danimarka polisi də Kopenhagen və onun ətrafında saxlanılan şəxsin, eləcə də başqa bir şübhəlinin yaşadığı ünvanlarda axtarışlar aparıb.

O, Çexiyadan Almaniyaya daxil olarkən saxlanılıb. Saxlanılan şəxs xarici terror təşkilatına üzv olmaqda ittiham edilir.

Xatırladaq ki, bu ilin oktyabrında Almaniyada “Hamas”ın üzvü olmaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Onların da Almaniyada avtomatik tüfəng, tapançalar və sursat əldə etdikləri, bu silahların İsrail və yəhudi obyektlərinə qarşı mümkün hücumlarda istifadə edilməsinin planlaşdırıldığı bildirilmişdi. Bundan əvvəl Avstriyanın Dövlət Təhlükəsizlik və Kəşfiyyat Xidməti (DSN) Vyanada aparılan əməliyyat zamanı “Hamas”ın xarici əməliyyat strukturlarına məxsus silah anbarı aşkarlamışdı. Axtarışlar zamanı beş tapança və on maqazin ələ keçirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri