Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada polis komanda yoldaşını zəhərləməkdə şübhəli bilinən 35 yaşlı futbolçu Marius Vetsi həbs edib.
Milli.Az bildirir ki, "TuS Rockenberg" klubunun 30 yaşlı futbolçusu Filipp Laybiq Drezdendə keçiriləcək turnirə gedərkən özünü pis hiss edib. Evə qayıtdıqdan sonra vəziyyəti kəskin pisləşib. O, xəstəxanaya yerləşdirilib və iyunun 16-da həyatını itirib.
Həkimlər əvvəlcə futbolçuların yediyi balığın onun ölümünə səbəb ola biləcəyini düşünüblər. Lakin digər şəxslərdə heç bir zəhərlənmə əlaməti olmayıb. Ekspertiza nəticəsində Laybiqin orqanizmində çoxsaylı orqan çatışmazlığına səbəb olan toksin aşkarlanıb.
Vets sentyabrın 1-də saxlanılıb. İstintaqın versiyasına görə, o, toksini Laybiqin orqanizminə daxil edib. Lakin zəhərlənmənin hansı üsulla həyata keçirildiyi hələ müəyyənləşdirilməyib. Hadisənin motivi də rəsmi şəkildə açıqlanmayıb.
Yerli medianın məlumatına görə, iki futbolçu arasında bir qadına görə münaqişə olub.
Marius Vetsin toyuna hazırlaşdığı da bildirilir. Toy mərasiminin sentyabrın ortalarında keçirilməsi planlaşdırılıb. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 Sentyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















