Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar hərbi xidmətin yeni modeli barədə razılığa gəlib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Berlin, 13 noyabr, AZƏRTAC
Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar – Xristian Demokratlar İttifaqı, Xristian Sosialistlər İttifaqı və Sosial Demokrat Partiyası hərbi xidmətin yeni modeli barədə razılığa gəlib.
AZƏRTAC yerli mediaya istinadla bildirir ki, yeni qanun layihəsinə əsasən, 18 yaşlı kişilər üçün məcburi tibbi baxış tətbiq ediləcək, 2008-ci ildən doğulan gənclərə isə xidmətə münasibətlərini öyrənmək üçün sorğu göndəriləcək. Xidmət ilkin mərhələdə könüllülük əsasında həyata keçiriləcək. Lakin kifayət qədər müraciət olmadığı halda, Bundestaqın qərarı ilə tələbat əsasında hərbi mükəlləfiyyət aktivləşdiriləcək. Bu zaman tibbi baxışdan keçənlər arasından püşkatma yolu ilə seçim aparılacaq.
Yeni modelə görə, 12 aydan artıq xidmət edənlər müddətli hərbi qulluqçu, daha qısa müddət xidmət edənlər isə könüllü xidmətçi statusu alacaqlar. Xidmət edənlərin maaşları artırılacaq, həmçinin sürücülük vəsiqələri əldə etmək üçün onlara maddi dəstək veriləcək.
Koalisiya 2035-ci ilədək Bundesverin şəxsi heyətinin sayını 260 min nəfərə çatdırmağı hədəfləyir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















