Icma.az
close
up
RU
“Vaşinqton Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”

“Vaşinqton Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağı azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Trampın bu yanaşmasının səbəbi Avropa İttifaqının müxtəlif məsələlərin həllində qəti addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə diqqət yetirməməsiylə bağlıdır. Avropa ölkələri uzun illər təhlükəsizliklərini ABŞ-yə həvalə ediblər, bu dövlətlər büdcələrini ordularının saxlanılmasına deyil, insanlarının rifah hallarının yüksəlməsinə yönəldiblər. Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə balşamasına və Tramp Prezident seçilənə qədər davam edib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir:

“Bu arada, Tramp administrasiyasının diqqəti Avrasiya qitəsinə, o cümlədən Mərkəzi Asiyaya yönəlib. Ağ Ev sahibinin Azərbaycanla Ermənistanı barışdırmaq və “Tramp yolu” layihəsinin reallaşması istəyinin əsas hədəflərindən biri məhz Mərkəzi Asiyaya çıxış imkanı əldə etməkdir. Təsadüfi deyil ki, tarixdə ilk dəfə Mərkəzi Asiya liderləri 5+1 formatında Ağ Evdə ABŞ Prezidenti ilə görüşüblər. Vaşinqtonda 5+1 formatında keçirilən görüş çərçivəsində ABŞ ilə Qazaxıstan arasında 17 milyard dollar civarında 30-a yaxın saziş imzalanıb. Özbəkistan isə yaxın illərdə ABŞ-dən dəyəri milyardlarla dollar olan 22 “Boeing” təyyarəsi alacaq. Tramp bununla kifayətlənməyərək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevla telefonla danışaraq hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 sammitinə dəvət edib”.

Politoloq Trampın hədəfləri praqmatik olduğunu bildirib:

“Qazaxıstan və Özbəkistan dünya uran ehtiyatlarının yarısına malikdirlər. Bundan başqa Mərkəzi Asiya ölkələri nadir metallara malikdirlər. Smartfonlar, elektrik avtomobilləri və külək turbinləri başda olmaqla digər texnoloji avadanlıqların istehsalında nadir torpaq elementlərindən istifadə edilir. Keçmiş illərdə Çin nadir torpaq elementlərini ABŞ və Avropa dövlətlərinə ixrac edirdi. Ancaq Çin bu ixaracatı kəskin şəkildə azaldıb. Pekinin məqsədi bu yolla rəqiblərinin istehsalını zəiflətmək, eyni zamanda öz məhsullarının dünya bazarlarında satışını artırmaqdır. Çindən əlləri üzülən Qərb ölkələri, o cümlədən ABŞ diqqəti Mərkəzi Asiyaya yönəldib. ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirib”. 

E.Şahinoğlunun sözlərinə görə, ABŞ Qazaxıstanda modul tipli reaktorlar quraşdıracaq: 

“Bu məqsədlə ABŞ Almatı şəhərində tədris mərkəzi açıb. Bu mərkəzdə modul tipli reaktorları çalışdıracaq mütəxəssislər hazırlanacaq. ABŞ bu sahədə Rusiya ilə rəqabətə girəcək. Məsələ burasındadır ki, Rusiyanın Rosatom şirkəti Qazaxıstanda atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə Qazaxıstanda daha kiçik tutumlu atom elektrik stansiyalar inşa edəcək. Özbəkistan rəhbərliyi Qazaxıstandan nümunə götürərək ölkədə atom elektrik stansiyasının tikintisini planlaşdırır. Böyük ehtimalla Vaşinqton Özbəkistanda da modul tipli reaktorların tikintisini Daşkəndlə müzakirə edəcək. Qazaxıstan və Özbəkistan ABŞ-la iqtisadi əlaqələri gücləndirməklə Çinin inhisarından qurtulmağa çalışırlar. Çin Mərkəzi Asiyada böyük layihələr həyata keçirir və bu ölkərə böyük miqdarda kreditlər verib. Bu kreditlər Mərkəzi Asiya ölkələrinin Çinə borclarının artmasına səbəb olub. Nəticədə Çinin Mərkəzi Asiya ölkələrinə təsir gücü artıb. Bunun təhlükəsizliklərinə xələlə gətirdiyini anlayan Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı genişləndirmək hesabına Pekin və Moskva ilə münasibətlərində balans yaratmağa çalışırlar”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Dekabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri