Icma.az
close
up
RU
Almaniyada yeni hökumət və iqtisadi islahatlar: Gözlənilən dəyişikliklər nələrdir?

Almaniyada yeni hökumət və iqtisadi islahatlar: Gözlənilən dəyişikliklər nələrdir?

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyada fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku 28,6% səs toplayaraq qalib gəlib. İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 20,8% səs toplayaraq ikinci yerdə qərarlaşıb.  Əvvəlki hökumətin kansleri Olaf Şolzun partiyası olan SPD 16,5 faiz səs toplayıb. Bu nəticəyə əsasən, CDU/CSU-nun lideri Fridrix Mersin yeni kansler olması gözlənilir.
Mers daha konservativ bir liderdir və iqtisadi liberalizm, vergilərin və dövlətin müdaxiləsinin azaldılması mövzularına daha sərt yanaşır. O, həmçinin Avropa siyasəti və təhlükəsizliyi məsələlərində kəskin mövqeyə sahibdir. Siyasətçi miqrasiya məsələlərində də sərt mövqe tutur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı-ekspert Razi Abasbəyli bildirib ki, Almaniyada baş vermiş sonuncu seçkilərdən sonra sağ və mərkəzçi partiyalar qələbə qazanıb:
“Xüsusilə də radikal meyilli və investisiya mühitinə daha fərqli yanaşan qüvvələr hakimiyyətə gəlib. Almaniyanın ən ciddi problemlərindən biri ağır metallurgiya sahəsi ilə bağlıdır. Maşınqayırma sənayesi ciddi şəkildə geriləməyə başlayıb. Böyük ehtimalla Almaniyanın yeni hökuməti ABŞ-nin yeni hökuməti ilə eyni idxal-ixrac siyasətini yürüdəcək. ABŞ Çinlə idxala 25%-ə qədər əlavə vergilər tətbiq edib. Bu gün Almaniyanın maşınqayırma sənayesi faktiki olaraq Çin maşınqayırma sənayesi qarşısında tab gətirə bilmir və Avropa bazarları demək olar ki, Çin avtomobil istehsalçılarına uduzmağa başlayıb. Çindəki ən böyük “Volkswagen”, “BMW” kimi dünya markalarına məxsus zavodların istehsal imkanları kifayət qədər azalıb, satışlar aşağı düşüb. Bu gün Avropa iqtisadiyyatı Çin iqtisadiyyatının təzyiqləri altında ciddi sarsıntıya məruz qalır. Böyük ehtimalla yeni hakimiyyət Çinlə münasibətlərdə gömrük siyasətini bir qədər sərtləşdirəcək. Liberal yanaşmalar pensiya və müavinətlərin təyinatı ilə bağlıdır. Eyni zamanda minimum və orta aylıq əməkhaqqı üzrə tətbiq edilən vergilərdə Fransa modelinin tətbiqi gözlənilir. Bu model ondan ibarətdir ki, hər kəs aldığı əməkhaqqına uyğun vergi ödəyəcək. Yəni vergilər hamı üçün eyni olmayacaq. Məsələn, aşağı əməkhaqqı alanlar üçün aşağı faizlə, yüksək əməkhaqqı alanlar üçün isə daha yüksək faizlə hesablanacaq. Bu, dünyada bir neçə ölkədə tətbiq edilən ədalətli vergi uçotu sistemidir. Böyük ehtimalla Almaniya yeni hökumətin formalaşdırdığı kabinetdən sonra bu islahatları həyata keçirəcək. Almaniya eyni zamanda hərbi sənaye sahəsində də bir sıra yeni qərarlar qəbul etmək məcburiyyətindədir. Lakin hələ də bu qərarların müdafiə xərclərinin artırılması, yoxsa hərbi sənaye xərclərinin artırılması ilə nəticələnəcəyi məlum deyil”.
Ekspert onu da qeyd edib ki, bu məsələ ABŞ və Avropa İttifaqı dövlətləri arasında, xüsusilə də Almaniya və Fransa kimi ölkələr arasında aparılan diplomatik danışıqlardan asılı olacaq:
“Əgər danışıqlar müsbət nəticə verərsə ABŞ və Almaniyanın eyni siyasət yürütməsi Çinə qarşı mövqelərinin də eyni şəkildə davam etməsinə gətirib çıxaracaq. Eyni zamanda, hər iki ölkə öz vətəndaşlarının və öz iqtisadi maraqlarının qorunmasına yönəlmiş daha fərdi yanaşma tətbiq edəcək. Bu, beynəlxalq iqtisadi münasibətlərin sərtləşməsinə səbəb ola bilər. Bu yanaşma iqtisadiyyatda yeni deyil. Təxminən 35-40 il əvvəl də mövcud olub. Lakin sonradan liberal yanaşmalar, ümumi iqtisadi prinsiplər, Avrozona iqtisadi münasibətləri və Şengen diplomatik əlaqələri çərçivəsində Avropa ölkələri, hətta ABŞ belə Avropa üçün müxtəlif yardım paketləri həyata keçirirdi. Lakin bundan sonra böyük ehtimalla hər dövlət öz iqtisadi potensialını gücləndirməyə çalışacaq və bütün iqtisadi və siyasi münasibətlərə yalnız öz milli maraqları çərçivəsində yanaşacaq. Almaniyada da gözləntilər məhz bu yöndədir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri