Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.
Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsində bəyan edilməyən mobil telefonlar aşkarlanıb
03 Noyabr 2026 10:26
Bakıdan Naxçıvana yük aparan maşında bəyan edilməyən mallar aşkarlanıb
07 Fevral 2025 10:37
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb
13 Avqust 2026 17:20
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
27 Noyabr 2026 16:29
Gürcüstandan gətirilən yüklərdə 232 min manatlıq bəyan edilməyən mallar aşkarlanıb
01 Sentyabr 2026 15:48
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















