Bakıdan Naxçıvana yük aparan maşında bəyan edilməyən mallar aşkarlanıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Naxçıvanda gömrük postunda bəyan edilməyən mallar aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı yol-nəqliyyat sənədində odun doğrayan maşının ehtiyyat hissələri kimi qeyd olunan 583 kq yükün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən, ümumi çəkisi 529 kq olan 588 ədəd tomat pastasının və 10 ədəd qaz ocağının yüklənildiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















