Icma.az
close
up
RU
Hökmdən yeni ittihama Diddi yenə cinsi təcavüzdə günahlandırıldı

Hökmdən yeni ittihama Diddi yenə cinsi təcavüzdə günahlandırıldı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də insan alveri ittihamında təqsirli bilinən məşhur reper Diddi (əsl adı - Şon Kombs) barəsində daha bir ittiham irəli sürülüb.

Oxu.Az bu barədə TMZ portalına istinadla xəbər verir.

Məlumata görə, Leyana Ripli Diddini cinsi təcavüzdə ittiham edib və ona qarşı iddia qaldırıb.

Məhkəmə sənədlərinə əsasən, hadisə 1 noyabr 2016-cı ildə Los-Ancelesdəki "Playhouse" gecə klubunda baş verib. Həmin vaxt Ripli özünün 20 yaşını qeyd edirmiş. Onun sözlərinə görə, Diddi imtinalarına baxmayaraq, onu təklif etdiyi içkini içməyə məcbur edib. Daha sonra isə reper ona qarşı cinsi zorakılıq hərəkətləri törədib. Ripli müqavimət göstərməyə çalışanda isə Kombs "Mən istədiyimi edirəm, ona görə də təslim ol", - deyə cavab verib.

Hadisədən sonra qadında başgicəllənmə və dezoriyentasiya yaranıb, bədənində qançırlar, həmçinin cinsiyyət orqanlarında zədələr aşkarlanıb. O, yaşadığı psixoloji travmanı da vurğulayıb.

Zərərçəkmiş məhkəmə vasitəsilə maddi kompensasiya tələb edir. Onun işini reperə qarşı oxşar iddialar qaldırmış yüzdən çox müştərini təmsil edən vəkil Toni Buzbi aparır.

Xatırladaq ki, Nyu-York reperi insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilib və onu dörd il iki ay müddətinə azadlıqdan məhrum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri