Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirinin qalibi olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 14 sentyabr, AZƏRTAC
Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirində kişilərin fərdi yarışının qalibi olub.
AZƏRTAC xəbər verir ki, idmançı finalda ABŞ təmsilçisi Ben Şeltonu məğlub edib. 29 yaşlı raketka ustası setlərdə 3:1 (6:3, 7:6, 5:7, 6:2) hesabı ilə üstün olub. Bununla da o, karyerasında ilk dəfə “US Open” turnirinin qalibi adını qazanıb.
A.Zverevin bu qələbəsi Almaniyanın siyasi rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts sosial media hesablarında idmançını təbrik ediblər. F.Merts tennisçinin bir mövsümdə iki “Böyük Dəbilqə” turnirinin qalibi olmasını yüksək dəyərləndirib.
Qeyd edək ki, hamburqlu idmançı bu ilin iyununda Fransa açıq turnirinin də qalibi olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Sentyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















