Almaniyanın Aşağı Saksoniya əyalətində yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın Aşağı Saksoniya əyalətində Hildeshaym bölgəsində yük qatarının relsdən çıxaraq aşması nəticəsində dəmir yolu nəqliyyatının hərəkətində ciddi çətinliklər yaranıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, qəza səbəbindən Hannover-Qöttinqen dəmir yolu xəttində hərəkətin fevraladək məhdudlaşdırıldığı bildirilib. Qəza nəticəsində təxminən 5 kilometrlik sahədə relslər, siqnallar və elektrik xətləri ciddi zədələnib, minlərlə infrastruktur elementi sıradan çıxıb.
“Alman Dəmir Yolları” şirkəti bərpa işlərinin intensiv davam etdiyini, lakin ziyanın tam qiymətləndirilməsinin hələ yekunlaşmadığını açıqlayıb. Təmirə hazırlıq məqsədilə zədələnmiş relslər nəzarət altında partladılıb. Regional xətlər üzrə qatarların fevral ayında tam hərəkətə başlayacağı gözlənilir. Hannover və Qöttinqen şəhərləri arasında bəzi marşrutlarda qatarların yerinə avtobuslar ayrılıb. Qəsa şəhərlərarası sürət qatarlarının hərəkətinə təsir etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















