Almaniyanın Azərbaycandakı səfiri oktyabrın əvvəlində Qarabağa səfər etməyi planlaşdırır
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Azərbaycan hökumətinin dəvəti ilə oktyabrın əvvəlində Qarabağa səfər etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə diplomat "Report"a müsahibəsində bildirib.
"Azərbaycan hökumətinin dəvəti ilə oktyabr ayının əvvəlində həmin bölgəyə səfər etməyi planlaşdırıram. Bu səfər mənə yerindəcə vəziyyətlə bağlı şəxsi təəssürat əldə etməyə, eləcə də Almaniyanın regionda davam edən sülh prosesinə necə töhfə verə biləcəyini anlamağa imkan verəcək", - o qeyd edib.
D.Lölkenin sözlərinə görə, vəziyyətlə yerindəcə birbaşa tanışlıq infrastrukturun bərpası, icmaların bərpası və Cənubi Qafqazın bütün ölkələrinə fayda gətirəcək dayanıqlı sülhün təmin edilməsi ilə bağlı praktiki vəzifələri daha yaxşı anlamağa kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















