Almaniyanın Bilefeld şəhərində beş nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 20 may, AZƏRTAC
Almaniyanın Bilefeld şəhərində bir barın qarşısında baş verən və ən azı beş nəfərin xəsarət aldığı zorakılıq hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bıçaqlı hücumdan dərhal sonra polis Düsseldorf yaxınlığındakı Heiligenhaus şəhərində xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşları şübhəli şəxsi həbs ediblər.
Qeyd edək ki, ötən gün naməlum şəxs kəsici alətlə ən azı beş nəfərə xəsarət yetirib. Onlardan dördünün vəziyyəti ağırdır. Hücumu törədən şəxs dərhal hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 May 2025 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















