Icma.az
close
up
RU
Almaniyanın Hamburq Universitetində azərbaycanlı musiqişünasın təşəbbüsü ilə konsert təşkil olunub

Almaniyanın Hamburq Universitetində azərbaycanlı musiqişünasın təşəbbüsü ilə konsert təşkil olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

Almaniyanın Hamburq Universitetində azərbaycanlı musiqişünas, pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Hamburg Konservatoriyasının dosentı Cəmilə Abdullayevanın (Manafovanın) təşəbbüsü ilə məktəbyaşlı uşaqlar üçün “Animals in Music” adlı üç fərqli formatda möhtəşəm konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, bu üç fasiləli konsert Cəmilə Abdullayevanın Hamburq Universitetində magistr dissertasiyası çərçivəsində aparılan elmi-tədqiqat işinin əsas mərhələsini təşkil edib.

Layihənin məqsədi məktəbyaşlı uşaqlar arasında klassik musiqiyə marağı artırmaq, vizual təqdimatların və proqram bukletlərin onların musiqi qavrayışına, dünyagörüşünə, estetik zövqünə və emosional reaksiyalarına necə təsir etdiyini araşdırmaqdır.

Konsert proqramına müxtəlif dövrlərə və janrlara aid bəstəkarların əsərləri daxil idi – barokkodan müasir dövrə qədər: Jean-Philippe Rameau, Béla Bartók, Camille Saint-Saëns, Scot Joplin, Franz Schubert və başqalarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarı, əsasən uşaqlar üçün yazdığı parlaq və təsirli musiqi nümunələri ilə tanınan Oqtay Zülfüqarovun “Balaca balıq” adlı əsəri də Cəmilə xanım tərəfindən konsert proqramına daxil etməsi, həm musiqi dili baxımından uşaqlara yaxınlığı, həm də milli musiqi ənənələrinin zənginliyini nümayiş etdirib.

Konsertlərdə fortepianoda Cəmilə Abdullayeva, onun həmkarı Kəmalə Bağırova isə violinda çıxış edib. Üç fərqli formatda təqdim olunan hər bir konsertin sonunda sadə və maraqlı suallardan ibarət sorğuların keçirilməsi vizual, mətn və ya şifahi müşayiətlərin konsert zamanı uşaqların diqqətini cəmləməyə, assosiativ düşüncələrini aktivləşdirməyə, baş verənlərə emosional şəkildə qoşulmaqla fəal qavrayış iştirakçılarına çevrilməklərinə kömək göstərib.

Cəmilə Abdullayeva bu təşəbbüsü ilə Azərbaycan musiqi irsini beynəlxalq elmi və pedaqoji mühitə təqdim etməklə yanaşı, doğma yurduna olan mənəvi bağlılığını da bir daha sübut edib.

Cəmilə xanım deyir: “Mənim üçün bu layihə təkcə elmi yox, mədəni bir körpüdür, musiqi vasitəsilə uşaqlara dünyanı tanıtmaq, Azərbaycan musiqisini bu kontekstdə təqdim etmək böyük qürurdur”.

On ildən artıqdır ki, Almaniyada yaşayan və çalışan Cəmilə Abdullayeva musiqi pedaqogikası sahəsində elmi-tədqiqatla məşğuldur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri