Icma.az
close
up
RU
Almaniyanın Kansleri parlamentdəki ilk hökumət bəyanatında ölkə ictimaiyyətinə birlik və həmrəyliklə bağlı çağırış edib

Almaniyanın Kansleri parlamentdəki ilk hökumət bəyanatında ölkə ictimaiyyətinə birlik və həmrəyliklə bağlı çağırış edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 14 may, AZƏRTAC

Almaniyanın yeni Kansleri Fridrix Merts parlamentdəki ilk hökumət bəyanatında ölkə ictimaiyyətinə birlik və həmrəyliklə bağlı çağırış edib.

AZƏRTAC xəbər verir ki, Kansler Bundestaqdakı çıxışında hökumətin prioritet hədəflərini əsasən üç istiqamətdə ümumiləşdirib: rifah, təhlükəsizlik və ictimai birlik. “Dövlət – biz hamımızıq”, - deyən Kansler ölkəni inkişaf etdirmək üçün bütün vətəndaşları birgə səy göstərməyə çağırıb: “Nə qədər böyük olursa-olsun, qarşımızda duran istənilən çətinliyi öz gücümüzlə dəf edə bilərik”.

O, “Hamı üçün rifah” prinsipini rəhbər tutaraq, iqtisadi dirçəlişin dövlətin daxili imkanları hesabına mümkün olduğunu bildirib. Kansler iqtisadiyyatın inkişafı üçün vergi yüngülləşmələrinin həyata keçiriləcəyini, infrastruktura sərmayə yatırılacağını və bürokratik maneələrin aradan qaldırılacağını vəd edib.

Fridrix Merts Almaniya silahlı qüvvələrinin Avropanın ən güclü ordusuna çevrilmək planı barədə deyib: “Bu, tərəfdaşların da gözləntisidir və Avropanın ən çox əhaliyə və güclü iqtisadiyyata malik ölkəsi olaraq Almaniyaya yaraşır. Biz özümüzü müdafiə edə bilməliyik ki, heç vaxt müdafiə olunmaq məcburiyyətində qalmayaq”.

O, miqrasiya siyasətində daha ciddi nəzarətin tətbiq olunacağını və qeyri-qanuni miqrantların ölkədən geri göndərilməsinin artırılacağını açıqlayıb.

Kansler minimum əməkhaqqının 15 avroya yüksəldilməsinin qanunla müəyyən edilməyəcəyini, lakin bu rəqəmin əmək bazarının inkişafı fonunda 2026-cı ilədək əldə oluna biləcəyini diqqətə çatdırıb.

F.Merts çıxışında Almaniyanın həm daxili, həm də beynəlxalq çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər güclü olduğunu bildirib. O, kreditlərlə ehtiyatla davranmağın vacibliyini vurğulayaraq, infrastruktur yatırımlarının uzunmüddətli fayda verməli olduğunu, koalisiya hökumətinin ilk nəticələrinin yay aylarına qədər hiss olunacağı qeyd edib.

Almaniyanın Ukraynaya fəal dəstəyini vurğulayan F.Merts Avropa və ABŞ tərəfdaşları arasında sarsılmaz həmrəyliyin qorunması üçün bütün səyləri davam etdirəcəyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri