Icma.az
close
up
RU
Almaniyanın naziri Bakıdan niyə əliboş döndü?

Almaniyanın naziri Bakıdan niyə əliboş döndü?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Almaniyanın xarici işlər naziri Annalena Berbek İrəvandan sonra Bakıya gəlib. Turan agentliyinin məlumatına görə, alman nazir tək COP29-la bağlı deyil, hər zaman insan hüquqları məsələlərini Azərbaycan tərəfi ilə müzakirə etdiyini deyib. O, Azərbaycanda həbs olunan "iqlim fəalları və müxalifətçilər" haqda suala cavabında Qubad İbadoğlunun ölkədən çıxışına qadağaya da toxunub.

Annalena Berbek həmçinin deyib: "Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağası qətiyyən qəbuledilməzdir. Bunlar Almaniya Bundestaq üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmır”.

Şübhəsiz, hər bir suveren ölkəyə giriş və çıxış qaydalarını öz hökuməti müəyyən edir və qərar verir. Azərbaycan hökuməti də Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvünün COP29 ərəfəsində ölkəyə girişini blokladı. Buna səbəb kimi həmin deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin mandatının təsdiq olunmaması göstərilib. Onların arasında Almaniya Bundedtaqının üzvləri də var.

Azərbaycan rəsmiləri ilə görüşlərdə Annalina Berbekə şübhəsiz ki, bu cavab verilib. Eyni zamanda yəqin o da deyilib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə son qətnaməsinə səs verənlər arasında da Almaniyadan olan deputatlar var. Həmin qətnamədə Azərbaycan rəsmi şəxslərinin hətta Avropa İttifaqına məxsus binalara belə buraxılmaması haqda çağırışlar yer alıb. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

Necə ola bilər ki, Avropa İttifaqı Azərbaycandan neft, qaz aır, amma Avropa Parlamenti Azərbaycan rəsmilərinin Avropa İttifaqının idarələrinə girişinə qadağa qoyulmasını istəyir?! Üstəlik Aİ rəhbərləri, eləcə də, bu qurumun aparıcı dövlətlərindən biri olan Almaniyanın hökuməti bu absurd qərara adekvat münasibət bildirmir. Bununla belə Almaniya xarici işlər naziri xanım Berbek Avropalı deputatların Azərbaycanda "arzuolunmaz şəxslər" siyahısına salınmasına irad bildirir. Bu iradı isə Azərbaycan hökuməti qəbul etmir.

Azərbaycan prezidenti, eləcə də, başqa rəsmilər səviyyəsində dəfələrlə deyilib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyəti təsdiq olunandan sonra bu məsələlərə baxıla bilər. Əgər bu baş verməsə, o zaman Azərbaycan daha mühüm bir qərar verə bilər: Avropa Şurasında qalıb-qalmamaq barədə düşünəcək. Bu da kifayət qədər əsaslı mövqedir.

Bu, deməyə əsas verir ki, nazir Berbek heç bir daxili məsələnin həllinə nail ola bilməyib. Azərbaycanda ona bir daha izah edilib ki, kimlərin həbs olunması, məhkum, yaxud azad edilməsi məhkəmələrin preroqatividir və məhkəmənin üstün hüququna hökumət müdaxilə edə bilməz. Bu, hakimiyyətlər bölgüsü prinsipinə uyğundur və Avropada da belədir. Bu prinsip elə Avropada kəşf olunub (müəllifi fransız maarifçi filosofu Şarl Lui Monteskyödür).

Beləliklə, şübhə yoxdur ki, nazir Berbek Bakıdan ölkəsinə bu cür cavablarla qayıdıb. Ona çağırış edilib ki, Almaniyanı Avropa strukturlarında təmsil edən şəxslər Azərbaycan əleyhinə işləməkdən çəkinsinlər. Xüsusilə, alman deputat Frank Şvabe istər bundestaqda, istər Avropa strukturlarında Azərbaycan əleyhinə çıxışları və sənədlər hazırlaması ilə məşhurdur.

Bu deputatın da Azərbaycana girişi qadağan olunub. Nazir Berbekə Bakıda bu xüsusda məlumatlar verildiyi heç bir şübhə yaratmır. Xanım Berbek Frank Şvabenin müstəqil bir şəxs olduğunu, hökumətin mövqeyini ifadə etmədiyini deyə bilməz, deyibsə də, buna heç kim inanmaz. Çünki Frank Şvave Olaf Şolts hökumətində funksional məmur vəzifəsini tutur.

Hərçənd hazırda Almaniyada heç hökumət də yoxdur, ya da yox kimidir. Hakim koalisiya dağılıb. Kansler Olaf Şoltsun hökuməti çöküb. Bu hökumətin bir-iki aylıq "canı" qalıb. Odur ki, Berbekin səfəri bir növ nəzakət xarakterlidir, əslində nazirin gedər ayaq vida görüşləridir. Ona görə də, Azərbaycanın daxili siyasi həyatında bu gəlişin hansısa bir dəyişikliyə səbəb olacağı da gözlənilmir.

Seyid Əhmədli, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri