Almaniyanın Rusiyaya qarşı yeni hərbi planı: Hücum hazırlanır
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Berlin Rusiya pilotsuz təyyarələrinə gizli zərbə hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, planı nazir Aleksandr Dobrindtin rəhbərlik etdiyi Almaniya Daxili İşlər Nazirliyi hazırlayır.
Lakin pilotsuz təyyarələrə qarşı güc tətbiqi ilə bağlı yekun qərarı Müdafiə Nazirliyi verəcək.
Nəşrin qeyd etdiyi kimi, sənəd qeyri-qanuni pilotsuz uçan aparatların aşkarlanması və müəyyən edilməsi, elektron əks-tədbirlərin tətbiqi və onlara nəzarətin qarşısının alınması üzrə tədbirləri nəzərdə tutur. Dronların məcburi məhv edilməsi son çarə hesab olunur. Bundan əlavə, Almaniya hökuməti hava limanları üzərində icazəsiz uçuşlara görə cəzaları sərtləşdirməyi planlaşdırır.
Son həftələr Rusiya bir neçə NATO ölkəsinin hava məkanını pozub. Əvvəlcə 19 dron Polşaya hücum edib. Daha sonra bir pilotsuz təyyarə Rumıniyaya uçub, ardınca isə Rusiyanın üç qırıcısı Baltik dənizi üzərində Estoniyanın hava məkanını pozub.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Sentyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















