Icma.az
close
up
RU
Almaniyanın xarici işlər naziri məcburi hərbi mükəlləfiyyətin dərhal bərpasının tərəfdarıdır

Almaniyanın xarici işlər naziri məcburi hərbi mükəlləfiyyətin dərhal bərpasının tərəfdarıdır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 1 oktyabr, AZƏRTAC

Almaniyada yeni hərbi xidmətlə bağlı qanun layihəsi gələn həftədən Bundestaqda müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, hərbi xidmət ilkin mərhələdə könüllülük əsasında nəzərdə tutulur. Lakin xarici işlər naziri İohan Vadeful parlamentin bu qanunu daha da sərtləşdirəcəyinə ümid etdiyini bildirib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, o, “Funke Media” qrupuna açıqlamasında bu barədə deyib: “Mən hərbi mükəlləfiyyətin dərhal bərpasının tərəfdarıyam. Amma bunu koalisiyada birgə müzakirə etməliyik”.

Layihə əvvəlcə yalnız könüllülük üzərində nəzərdə tutulur. Əgər bu yolla Almaniya Silahlı Qüvvələrinin kadr tələbatı ödənilməzsə və təhlükəsizlik vəziyyəti tələb edərsə, sonrakı mərhələdə hökumət və parlament ümumi hərbi mükəlləfiyyətin bərpası barədə qərar qəbul edəcək. İ.Vadeful qanun layihəsinin məhz bu hissədə sərtləşdirilə biləcəyini vurğulayıb.

Almaniyada ümumi hərbi mükəlləfiyyət 2011-ci ildə dayandırılaraq, əvəzinə federal könüllü xidmət təsis olunub. Avqustda hökumət müdafiə naziri Boris Pistoriusun hazırladığı yeni modelə razılıq verib. Layihəyə əsasən, gənc kişilər hərbi uçota alınacaq, amma xidmət öncə könüllü və daha cəlbedici formada təşkil olunacaq. Əgər bu model Bundesverin gücləndirilməsi üçün kifayət etməsə, yenidən məcburi hərbi mükəlləfiyyət tətbiq olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri