Icma.az
close
up
RU
Bakının mərkəzində qorxunc görüntü: ekspert dəhşətli faktları açdı VİDEO

Bakının mərkəzində qorxunc görüntü: ekspert dəhşətli faktları açdı VİDEO

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bakıda təşkil olunan Yeni il yarmarkalarından yayılan görüntülər ictimai narahatlıq yaradıb. Paylaşımlarda eyni yağda dəfələrlə qida hazırlandığı, xüsusilə kartof-fri və “xırtaxırt” kartof məhsullarının bu yağlarda bişirildiyi deyilir.

Yarmarkalardakı qidaların təhlükəsizliyinə güvənmək olar? Təkrar istifadə olunan yağlar təhlükəlidir? Bu cür hallar zəhərlənməyə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, bu məsələ yalnız Yeni il yarmarkaları ilə məhdudlaşmır, ümumilikdə ictimai iaşə obyektlərini işlədən şəxslərin məsuliyyəti və vicdanı ilə bağlıdır:

“Yarmarkalarda qida satışı ilə məşğul olan bir çox sahibkarın bu sahədə ya kifayət qədər biliyi yoxdur, ya da insanların sağlamlığını riskə ataraq gəlir əldə etməyə çalışırlar. Nəticədə, eyni məhsulların nəzarətsiz və keyfiyyətsiz şəkildə satışı geniş vüsət alır. Yarmarkada müşahidə olunan əsas problemlərdən biri bişmiş kartofların yenidən isidilərək təqdim olunmasıdır. Bu isə kartofda solanin maddəsinin artmasına və qida zəhərlənməsi riskinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, dəfələrlə istifadə edilən və vaxtında dəyişdirilməyən yağlarda qida hazırlanması sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə yağlar gündə ən azı iki dəfə dəyişdirilməli olduğu halda, intensiv iş rejimi buna imkan vermir və nəticədə məhsulların rəngi qaralır, keyfiyyəti aşağı düşür.

Ağa Salamov

Yarmarkada satılan kumpirlər üçün istifadə olunan iri ölçülü kartoflar insan qidası üçün deyil, texniki məqsədlərə görə nəzərdə tutulub. Bu tip kartoflarda zərərli maddələrin miqdarı daha yüksək olur və onların qida kimi istifadəsi zəhərlənmə riskini artırır. Eyni zamanda izqara və digər avadanlıqların vaxtında təmizlənməməsi, gigiyena qaydalarına əməl olunmaması antisanitar şərait yaradır”.

Ekspert bildirib ki, ictimai iaşədə iş həcmi artdıqca gigiyena və qida təhlükəsizliyi tədbirləri də gücləndirilməlidir:

“İşin çoxluğu heç vaxt müştərilərə sağlamlıq baxımından təhlükəli məhsul təqdim etmək üçün bəhanə ola bilməz. Təəssüf ki, bəzi obyektlərdə təmizlik vasitələrindən düzgün istifadə edilmir, iş şəraiti sanitar normalara cavab vermir.

Yarmarkalarda milli mətbəxin yetərincə təbliğ olunmaması da diqqət çəkir. Halbuki, Azərbaycan mətbəxi zəngin çeşidlərə malikdir və turistlər üçün maraqlı təqdimat imkanları yaradıla bilər. Qutablar, milli şirniyyatlar, plov növləri və digər ənənəvi yeməklər düzgün şəkildə təqdim olunsa, həm sağlamlıq qorunar, həm də milli dəyərlər təbliğ edilər. Fast-food tipli məhsulların üstünlük təşkil etməsi isə həm qida təhlükəsizliyi, həm də milli mətbəxin tanıdılması baxımından yol verilməzdir”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Azerbaycanrealligi.az (@azerbaycanrealligi.az)

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri