Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın ölkəsi üçün yaratdığı təhlükədən danışıb.
Bu barədə "Spiegel” məlumat yayıb.
"Rusiya birbaşa olaraq Almaniyada dinc həyatımıza və azadlığımıza təhdid yaradır,” – deyə Vadeful vurğulayıb.
Onun sözlərinə görə, Haaqada keçirilən NATO sammitində müzakirə olunan müdafiə xərclərinin artırılması ilə bağlı qərar "doğru və zəruri” addımdır.
"Rusiya prezidenti Vladimir Putin nizamsız bombardmanlarla ukraynalıların mənəviyyatını sarsıtmağa çalışır. Ukraynanın azadlığı Avropa kimi bizim dözümlülüyümüz üçün ən mühüm sınaqdır,” – deyə nazir əlavə edib.
"Spiegel” qeyd edir ki, Vadeful dəfələrlə Rusiyanın yaratdığı təhlükə barədə xəbərdarlıq edib. Xüsusilə, jurnalistlərə verdiyi müsahibədə o deyib:
"Qərb Moskvaya qarşı nə qədər ardıcıl mövqe tutarsa, Vladimir Putinin danışıqlara razılaşmaq ehtimalı bir o qədər çox olar”.
Onun fikrincə, Avropanın azadlığı üçün Ukraynaya silah dəstəyi davam etdirilməlidir.
/APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 İyun 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















