Almaniyanın xarici işlər naziri Şolz ilə şəkil çəkdirməkdən imtina etdi KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Almaniyanın xarici işlər naziri Annalena Berbok hökumət iclasını tərk edib. Buna səbəb kansler Olaf Şolzun Ukraynaya yeni yardım paketini əngəlləməsi olub. Qərardan sonra o, hətta kanslerlə şəkil çəkdirməkdən imtina edərək .
KONKRET.az xəbər verir ki, bu barədə Bild nəşri yazıb.
Məqalədə Şolzun nazirin otaqdan çıxmasına mane olmağa çalışdığı, lakin buna nail ola bilməyəcəyini göstərən foto da yer alıb.
Berbok və Almaniyanın müdafiə naziri Boris Pistorius 2024-cü ilin noyabrında hakim koalisiyanın dağılmasından sonra Kiyevə 3 milyard avroluq hərbi yardımın yeni tranşı üzərində işləməyə başlayıblar. Lakin Şolz buna mane olub.
Daha sonra Berbok bildirib ki, Almaniyada bəzi siyasətçilər üçün “ümumi seçkilərdə bir neçə səsi necə tez qazanmaq olar?” sualı Avropada sülhün təmin edilməsi məsuliyyətindən daha vacibdir.
Xatırladaq ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ən böyük hərbi yardım verən ölkədir.
Günel Mikayılova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















