Almaniyanın yeni səfiri Niyazi Bayramovla görüşüb
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dirk Lölke Gəncə şəhərinə səfər edib.
Gununsesi.info xəbər verir ki, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Niyazi Bayramov qonağı salamlayaraq Gəncənin tarixi, iqtisadi potensialı, sənaye imkanları və həyata keçirilən layihələr barədə məlumat verib. Şəhər rəhbəri qarşılıqlı əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Almaniya səfiri Dirk Lölke səmimi qəbula görə təşəkkür edib, Gəncənin tarixi və müasir inkişafı ilə tanış olmaqdan məmnunluğunu ifadə edib.
Görüşdə Gəncə ilə Almaniya arasında əlaqələrin inkişaf perspektivləri, iqtisadiyyat, sənaye, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 15 Oktyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















