Icma.az
close
up
RU
Almanlar Rüdigerdən üz döndərdi

Almanlar Rüdigerdən üz döndərdi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, ötən həftəsonu keçirilən İspaniya kubokunun finalında “Barselona” əlavə vaxta gedən dramatik “el klasiko”da “Real”ı 3:2 hesabı ilə məğlub etmişdi. Qarşılaşmanın son anları çox gərgin alınmışdı. “Real”ın üzvlərindən Antonio Rüdiger ehtiyat skamyada olarkən hakimin qərarı ilə razılaşmayaraq onun üzərinə buz torbası atmış və komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirilmişdi.

"Football-plus.az" xəbər verir ki, həm o, həm Lukas Vaskes, həm də final fitindən sonra Cud Bellingem etiraza görə qırmızı vərəqə almışdılar. Rüdigerə 6 oyunluq cəza verildiyi məlum olub. Vaskesə 2 oyunluq cəza verilibsə, “Real”ın etirazından sonra Bellingemin qırmızı vərəqəsi ləğv olunub. Təcrübəli almaniyalı müdafiəçi cəzasını La Liqada çəkəcək. O, bu mövsümün son 5 turunu, eləcə də gələn mövsümün ilk turunu buraxmalı olacaq. Amma Rüdiger bugünlərdə əməliyyat olunduğu üçün zatən mövsümün sonluğunu buraxmalı olacaqdı.
Bu futbolçunun “el klasiko”dakı çılğınlığı Almaniya futbol ictimaiyyətində də geniş müzakirələrə səbəb olub. Lotar Matteus və Ditmar Hamann kimi bundestimin sabiq ulduzları Rüdigerlə bağlı sərt açıqlamalar veriblər. Matteus “o, ağlını itirib, yığma üzvü başqalarına örnək olmalıdı” ifadəsini işlədibsə, Hamann, ümumiyyətlə Almaniya Futbol İittifaqına (AFİ) onu yığmadan kənarlaşdırmağı məsləhət görüb:

“AFİ onu yığmadan kənarlaşdırmalıdı. Mən olsam, Rüdigerə dəvət göndərməzdim. Artıq neçənci dəfədi özünə nəzarəti itirir. Yığmanın baş məşqçisi Yulian Naqelsmann isə dəfələrlə dəyərlərin ön planda olmasından və məsuliyyətin üzərinə götürülməsinin vacibliyindən danışıb”.


Bu diskussiyaya “Bild” nəşri də qoşulub. Nəşr oxucularına “Rüdiger yığmada oynamaqda davam etməlidimi” sualı ilə müraciət edib. Sorğunun nəticələri heyrət doğurub. Sorğuda iştirak edən 18 min nəfərin 78 faizi bu suala “xeyr” cavabını verib! Yalnız 20 faiz “bəli” deyibsə, daha 2 faiz suala cavab verməkdə çətinlik çəkib. “Real”a transfer olunandan sonra çılğın və qeyri-adi hərəkətlərinə görə “dəli” ləqəbini qazanan Rüdigeri tənqid edənlərin sırasına bundestimin idman direktoru Rudi Föller də qoşulub. O, 32 yaşlı futbolçuya xarakterini dəyişməyi məsləhət görüb. Föller yaranmış vəziyyəti Rüdiger, yığmanın çalışdırıcısı Naqelsmann və AFİ rəhbərliyi ilə birlikdə müzakirə etdiklərini də əlavə edib. Rüdigerin Almaniya yığmasından komanda yoldaşı olan “Mançester Siti”li İlkay Gündoğan da onun səhvə yol verdiyini bilidribsə, sabiq ispaniyalı hakim İtturalde Qonsales bu hərəkətə görə 6 oyunluq cəzanın az olduğunu vurğulayıb. Amma futbol dünyasında heç də hamı Rüdigerdən üz döndərməyib. Onun tərəfini tutanlar da var. Belələrinin başında onun həmyerlisi və “Real”ın əfsanəsi Toni Kroos gəlir:

“Oyundan sonra Rüdigerə düzgün hərəkət etmədiyini yazdım. O özü də səhvini anlayır. Layiq olduğu cəzanı alacaq. Bu, öz yerində. Amma Toni heç kimi öldürməyib. İnsanlar pərdə arxasında nələrin baş verdiyini bilmir. Rüdiger cəzasını çəkəcək və bununla da məsələ bitəcək. Bu qədər kollektiv şəkildə onun üstünə getmək düzgün deyil. Qəribədi ki, vaxtilə özləri çılğın hərəkətlərə yol verənlər də indi tənqid edir”.


Toni Kroosun qardaşı Feliks də buna bənzər fikirlər səsləndirib. Rüdigeri dəstəkləyənlər arasında Oliver Kanın da olması diqqəti çəkib. Çünki “Bavariya” və “Almaniya yığmasının sabiq əfsanəvi qapıçısı öz dönəminin ən çılğın oyunçularından biri hesab olunurdu:

“Düzdü, meydanda emosiyaları sərgiləmək heç də həmişə fayda vermir. Amma biz hər birimiz nə vaxtsa çərçivələri aşmışıq. Rüdiger artıq səhvini anlayıb. İndiki məqam üçün bu kifayətdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri