102 ci hərbi bazanı müzakirə edəcəklər
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə ölkəsində yerləşən 102-ci hərbi baza mövzusunu müzakirə edəcək.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Sözsüz ki, bizim (hərbi - red.) bazamızın məsələsinə də toxunulacaq. Bu baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinin çox vacib elementidir. Burada, əlbəttə ki, Ermənistan tərəfinin mövqeyini dinləmək maraqlı olacaq”, - Kreml nümayəndəsi deyib.
Peskovun sözlərinə görə, görüş zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalıb-qalmayacağı məsələsi də müzakirə olunacaq.
“Gündəlikdə Ermənistan tərəfinin edəcəyi seçim məsələsi olacaq. Bu seçim ediləcəkmi? Nə vaxt ediləcək? Necə ediləcək?... Avropa İttifaqına yönəlmə və eyni zamanda Aİİ çərçivəsində inteqrasiya prosesini davam etdirmək istəyi bir-biri ilə uzlaşmır. Biz bunu dəfələrlə demişik. Təbii ki, Ermənistan tərəfi seçim etməlidir”, - o əlavə edib.
Xatırladaq ki, daha əvvəl Paşinyan bu ilin dekabr ayında Rusiyaya 3 dəfə səfər edəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















