ING: Azərbaycan Mərkəzi Bankı 2027 ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.
“APA-Economics” xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ildə uçot dərəcəsini əsasən dəyişməz saxlayacağı gözlənilir.
Bankın analitikləri hesab edirlər ki, region ölkələri qlobal inflyasiyanın yüksəlməsinə və aparıcı mərkəzi bankların sərt pul siyasətinə qarşı dayanıqlılıq nümayiş etdirib. Milli valyutaların möhkəm mövqeyi, müsbət real faiz dərəcələri və xarici maliyyə daxilolmaları idxal inflyasiyasının məhdudlaşdırılmasına kömək edir.
ING-nin proqnozuna görə, Qazaxıstan və Özbəkistanda 2027-ci ildə faiz dərəcələrinin ehtiyatla azaldılması üçün imkanlar qalacaq. Ermənistan isə regionda daha sərt pul siyasəti yürüdən ölkə kimi fərqlənəcək.
Bank region üçün geosiyasi risklərin artacağını da istisna etmir. Analitiklərin alternativ ssenarisinə əsasən, Qərbin ticarət və maliyyə əlaqələrinə nəzarəti gücləndirməsi, eləcə də Rusiya və Çinin regionda iqtisadi təsirlərini artırmaq səyləri investisiya və kapital axınlarına mənfi təsir göstərə bilər.
ING həmçinin 2027-ci ildə Özbəkistanın və potensial olaraq Ermənistanın kredit reytinqlərinin bir pillə yüksəldilməsini mümkün hesab edir. Bankın fikrincə, investorlar bu ölkələri rəsmi investisiya səviyyəli reytinq almadan əvvəl də həmin statusa yaxın bazarlar kimi qiymətləndirməyə başlaya bilərlər.
Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə bu il oktyabrın 29-da uçot dərəcəsini 6.5%, faiz dəhlizinin yuxarı həddini 7.5% səviyyəsində, faiz dəhlizinin aşağı həddini isə 5% səviyyəsində sabit saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 Noyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















