İsraildə Baş Qərargah rəisi Netanyahunun planına qarşı çıxdı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş nazir Benyamin Netanyahu və Baş Qərargah rəisi Eyal Zamir İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı fərqli fikirlərə malikdirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsraildəki siyasi qeyri-müəyyənliyi və seçicilərin ötən həftə ABŞ-də keçirilən ara seçkilərində ABŞ Prezident Donald Trampın rəhbərliyindəki Respublikaçılar Partiyasına reaksiyasını əsas gətirən Zamir, mövcud şəraitdə İrana hücumu "ehtiyatsızlıq" hesab etdiyi bildirilir.
İsrail mediası iddia edirdi ki, Netanyahu 27 oktyabrda keçiriləcək ümumi seçkilərdən bir az əvvəl orduya İrana qarşı yeni hücum əmri verib. Zamir isə təlimatın "hesablama xətasına" səbəb ola biləcəyindən narahat olaraq hücuma qarşı çıxıb və əmrin yazılı şəkildə, imza ilə verilməsini tələb edib.
Netanyahu ilə Zamir arasında İrana qarşı hərbi planlar üzərində fikir ayrılığı olduğu iddia edilən hadisə "görünməmiş böhran" kimi təsvir edilib.
"Financial Times" qəzeti həmçinin iddia edir ki, Netanyahu seçkilərdən əvvəl İranda mülki infrastruktur obyektlərinə hücum etmək üçün hərtərəfli plan hazırlayıb, lakin Tramp da buna qarşı çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 11 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















