Aloe veranın gözəllik və sağlamlığa faydaları
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aloe vera zambaqkimilər ailəsinə məxsus, tropik iqlimdə yetişən və müalicəvi xüsusiyyətləri ilə tanınan bir bitkidir.
Pravda.az bildirir ki, onun yarpaqlarındakı jel tərkibi dərini nəmləndirir, sakitləşdirir və bərpa edir. Gündəlik dəri və saç baxımında, günəş yanıqları, sızanaqlar və dəri ləkələrinə qarşı effektivdir.
Aloe vera jeli və kremi müxtəlif məqsədlərlə istifadə olunur. Krem forması dəridə uzunmüddətli təsir göstərərək dərini qoruyur və yumşaldır. Aloe vera həmçinin saç dərisini nəmləndirir, kəpəyin qarşısını alır və saç uzanmasını dəstəkləyir. Daxilə qəbul edildikdə isə mədə yanması və həzmsizlik kimi problemlərə qarşı faydalıdır.
Lakin bəzi hallarda allergik reaksiyalara səbəb ola bilər. Buna görə istifadə etməzdən əvvəl dəri üzərində test etmək və həkim məsləhəti almaq tövsiyə olunur.
Əminə Bayramova


