Alonsonun Peresdən tələb etdiyi ulduz futbolçuların adları açıqlandı
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Real Madrid”in yeni məşqçisi olacağı irəli sürülən Xabi Alonso rəhbərlikdən müdafiə xəttinin gücləndirilməsi üçün transferlər tələb edib.
Metbuat.az xəbər verir ki, Alonso bir sıra futbolçuların transferini irəli sürüb. İnsayder Fabrizio Romanonun sözlərinə görə, Alonso mərkəz müdafiəçisi və sol cinah müdafiəçisi istəyir. Komandanı üçlü müdafiə taktikası ilə oynatmaq istəyən Xabi Alonso heyətdə ilk olaraq müdafiəni gücləndirmək istəyir. “Marca”nın məlumatına görə, Dean Huijsen, İbrahima Konate və Piero Hincapie “Real Madrid”in transfer siyahısında yer alıb.
Trent Alexander-Arnold sağ cinah müdafiəsi mövqeyini doldurmaq üçün “Real Madrid”ə qoşula bilər. Bununla belə, müdafiənin sol cinahına da transfer tələb edilir. Bununla bağlı işlərini davam etdirən "Real Madrid" "Benfika"dan Alvaro Karreras, "Milan"dan Teo Ernandes və Alejandro Qrimaldo kimi futbolçuların xidmətində maraqlıdır.


