Alqı satqı ilə bağlı VACİB QAYDA Bu sənədlər mütləq olmalıdır
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şirkətlər kontragent seçərkən yalnız müqavilə və elektron qaimə-fakturaya deyil, əməliyyatın faktiki icrasını təsdiqləyən sənədlərə də diqqət yetirməlidirlər.
"Yeni Sabah" xəbər verir ki, bizneslər üçün tövsiyə olunan qabaqlayıcı tədbirlər sırasında kontragentin vergi məlumatlarının yoxlanılması, malın təhvilini təsdiqləyən sənədlərin saxlanılması və xidmətlərin icrasına dair sübutların toplanması xüsusi əhəmiyyət daşıyır.
Sahibkarlar müqavilə bağlamazdan əvvəl qarşı tərəfin VÖEN-ini, hüquqi statusunu, fəaliyyət vəziyyətini və açıq mənbələrdə mövcud olan vergi məlumatlarını yoxlamalıdırlar. Elektron qaimə-faktura sistemində risk xəbərdarlıqlarına da diqqət yetirilməsi tövsiyə olunur. Sezar pizza
Mal alqı-satqısı zamanı təhvil-təslim aktları, anbar sənədləri, yük və logistika sənədləri saxlanılmalıdır. Ödənişlərin bank vasitəsilə həyata keçirilməsi və ödəniş təyinatlarının müqavilə münasibətinə uyğun yazılması da vacib məsələlərdəndir.
Xidmət göstərən şirkətlər isə görülən işin nəticəsini təsdiqləyən hesabatları, aktları və yazışmaları qoruyub saxlamalıdırlar. Subpodratçı cəlb edildikdə əsas müqavilə, subpodrat münasibəti və faktiki icra bir-birinə uyğun sənədləşdirilməlidir.
Böyük və qeyri-adi əməliyyatlar üzrə vergi və hüquq funksiyalarının müqavilə bağlanmazdan əvvəl prosesə cəlb edilməsi də şirkətin hüquqi mövqeyini gücləndirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 26 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















