Icma.az
close
up
RU
“Alternativ”dən yeni layihə: “FarmHER”

“Alternativ”dən yeni layihə: “FarmHER”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üzrə “FarmHER” layihəsinin icrasına başlayıb.

Bu barədə “Alternativ” İctimai Birliyinin sədr müavini Jalə Quliyeva məlumat verib. 

Jalə Quliyeva bildirib ki, “FarmHER” layihəsi “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən “Azercell”in sponsorluğu ilə “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində icra olunur. 

Layihə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasını əhatə edir.  

O qeyd edib ki, "FarmHER" layihəsi kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə iqtisadi müstəqilliyini və ümumi rifahını artırmaq məqsədi daşıyır. Əsas diqqət qadınların praktiki təlimlər vasitəsilə davamlı kənd təsərrüfatı, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalara və sahibkarlıq strategiyaları üzrə bacarıqlarla təchiz edilməsinə yönəlib. 

Təcrübəli təlimçilər tərəfindən kənd yerlərində yaşayan qadınlara uyğunlaşdırılmış təlimlər qadınların aqrobiznes sahibkarına çevirilməsinə təkan verəcək. 

Jalə Quliyeva vurğulayıb ki, “FarmHER” müasir əkinçilik, heyvandarlıq texnikaları, davamlı təcrübələr və aqrobiznesin idarə edilməsi üzrə hərtərəfli təlim proqramlarını nəzərdə tutur. Buraya praktiki təlimlər və rəqəmsal resurslara çıxış daxildir. Təlimlər aqrobiznesin əsaslarına, məhsulun idarə olunmasına, zərərvericilərə qarşı mübarizəyə, marketinq strategiyalarına, innovasiya və texnologiyanın mənimsənilməsinə diqqət yetirən interaktiv sessiyaları əhatə edəcək. Effektiv əkinçilik və heyvandarlıq texnikası və texnologiyalarını nümayiş etdirmək üçün praktiki nümayişlər həyata keçiriləcək. İştirakçılar onlara məsləhət və dəstək verə biləcək təcrübəli mentorlarla təmin ediləcək.  

Layihə kənd təsərrüfatı ilə məşğul olan və ya öz aqrobiznes müəssisələrini qurmaq potensialına malik olan kənd qadınlarını hədəfləyir. Bura kiçik fermerlər, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaqda maraqlı olan qadınlar və mövcud kənd təsərrüfatı təcrübələrini təkmilləşdirmək istəyənlər daxildir. Layihə Şamaxıda həyata keçiriləcək və rayonun kəndlərini əhatə edəcək. Layihədə 25 nəfər kənd qadınının iştirakı nəzərdə tutulur.   

Təlimlərdə iştirak edən qadınlara sertifikat veriləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see488

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see284

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see280

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see278

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see254

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see249

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see248

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see247

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see239

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see239

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see232

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see222

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see221

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see217

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see212

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see211

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see210

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see209

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see209

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri