Altı ayda Azərbaycan 233,4 milyon dollar xarici borc qaytarıb
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il 01 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.
Hurriyyet.media Maliyyə Nazirliyinin statistik bülleteninə istinadən xəbər verir ki, xarici dövlət borcu 2026-cı il üzrə 130.873,5 milyon manat (76.984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırlan ÜDM-in 6,0 faizinə bərabər olub.
Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb. 2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.
2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 30 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















