Human 2026 cı ilin sözü seçildi: Süni intellekt insan anlayışını dəyişir
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Cambridge" lüğəti 2026-cı ilin sözünü açıqlayıb. Bu il üçün seçilən söz "human" (insan) olub.
BAKU.WS xəbər verir ki, lüğətdə bu söz heyvanlardan və maşınlardan fərqli olaraq insanlara xas olan keyfiyyətlər, qüsurlar və duyğulara sahib olmaq kimi izah edilir.
"Cambridge" lüğətinin leksikoqrafı Kolin Makintoş bildirib ki, süni intellekt insan olmağın nə demək olduğu barədə düşüncələrə təsir göstərir.
Onun sözlərinə görə, düşünmə proseslərinin süni intellektə həvalə edilməsi insanların bu texnologiyaya nə dərəcədə güvənməli olduqları ilə bağlı suallar yaradıb. "Human-made" (insan tərəfindən yaradılmış) kimi ifadələrin istifadəsinin artması da insan əməyini süni intellekt məhsullarından fərqləndirmək istəyini göstərir.
"Microsoft"un qurucusu Bill Qeyts də seçimlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, süni intellekt xəstəliklərin müalicəsinə, təhsilin inkişafına və insanların daha çox vaxtını önəm verdikləri işlərə ayırmasına kömək edə bilər.
Qeytsin fikrincə, süni intellektin uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə ölçülməlidir.
İlin sözü üçün digər namizədlər arasında "agent", "wholesome" və "analogue" sözləri də olub. Lüğətə əlavə edilən yeni ifadələr sırasında isə sosial şəbəkələrdə işlədilən "aura farming" və "looksmaxxing" terminləri yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















