Altı yaşından başlayan uğur yolu: Ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli 2025 ci ilin nəticələrini dəyərləndirdi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Baku TV"nin podkastının yeni buraxılışının qonağı ağırlıqqaldırma üzrə dünya çempionatının gümüş medalçısı, Avropa çempionu və MDB Oyunlarının qızıl mükafatçısı Dadaş Dadaşbəyli olub.
Altı yaşından başlayan uğur yolu: Ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli 2025-ci ilin nəticələrini dəyərləndirdi
Peşəkar idman yoluna çox erkən yaşlarda qədəm qoyan idmançı ağırlıqqaldırmaya necə başladığını xatırlayaraq bildirib ki, bu seçim bir qədər də şəraitlə bağlı olub:
"Uşaq yaşlarımdan ağırlıqqaldırma idmanına başlamışam. 6 yaşım var idi. Əslində, bu, idmana başlamaq üçün çox erkən yaşdır. Sadəcə, Qobustanda o vaxtlar ağırlıqqaldırmadan başqa idman növü üçün şərait yox idi. Uşaqlıqdan fiziki göstəricilərim yaxşı idi. Müəllim dedi ki, bundan idmançı olar. Hələ də maraqlıdır ki, o yaşda bu idman növünə niyə maraq yaranmışdı".
Dadaş Dadaşbəyli Azərbaycanın idman səfiri kimi 2025-ci ili yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən il nəticələr baxımından xüsusilə yadda qalıb:
"Digər illərlə müqayisədə 2025-ci ildə möhtəşəm nəticələrimiz oldu. Medal sayımız əvvəlki illərdən çox idi, qızıl medallarımızın sayı artdı. Ümid edirəm ki, bu il də daha yaxşı uğurlar əldə edərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Yanvar 2026 01:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















