Alvares İspaniya nəhənginin hədəfində
Icma.az bildirir, Fanat portalına istinadən.
"Barselona" qış transfer dönəmində hücum xəttini gücləndirmək üçün Xulian Alvaresin transferi istiqamətində addımlar atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, oyunçunu heyətinə qatmaq üçün Kataloniya klubu artıq ilkin planlar qurur.
Bu barədə məlumatı "Diario Sport" yayıb.
Lakin bu transfer asan olmayacaq. Çünki Madrid "Atletiko"su argentinalı hücumçu üçün 200 milyon avro tələb edir.
"Barselona" rəhbərliyi oyunçunun gənc yaşı və böyük potensialını nəzərə alaraq bu transferi uzunmüddətli sərmayə kimi görür. Amma maliyyə çətinlikləri və “Maliyyə Fair Play” qaydaları bu prosesi xeyli mürəkkəbləşdirə bilər.
Xatırladaq ki, Alvares son illərdə həm klub, həm də Argentina millisində parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb və Avropanın bir çox nəhəng klublarının maraq dairəsindədir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Sentyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















