Icma.az
close
up
RU
Alyaska görüşü nə sülhün, nə də təhlükəsizliyin bərqərar olmasına heç bir zəmin yarada bilmədi

Alyaska görüşü nə sülhün, nə də təhlükəsizliyin bərqərar olmasına heç bir zəmin yarada bilmədi

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində keçirilən görüş bütün dünyada olduğu kimi postsovet ölkələrində və Azərbaycanda da diqqətlə izlənilirdi. Ukraynalıların isə bu görüşün nəticələrindən elə də böyük gözləntiləri olmasa da, lakin hər halda onlar da Trampın Putini atəşkəsə sövq edə biləcəyinə müəyyən qədər ümid bəsləyirdilər. Çünki Tramp-Putin görüşündə Ukrayna ilə bağlı məsələ müzakirə edilən yeganə məsələ olmasa da, amma əsas məsələ idi. Ona görə də bu görüşün nəticəsi olaraq ilk növbədə Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə ediləcəyi güman olunurdu.
Ancaq ukraynalıların və onlara sıx dəstək verən kollektiv Avropanın bu görüşün nəticələri ilə bağlı gözləntiləri, ümidləri özünü doğrultmadı. 3 saata yaxın davam edən görüş barədə Rusiya prezidenti Vladimir Putin "danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi, onlar çox əsaslı və faydalı oldu", deyə bəhs etsə də və eyni zamanda, Donald Tramp da görüşü yüksək qiymətləndirsə də, lakin həlledici nəticələr əldə olunmadı. Yəni ki, baxmayaraq ki, hər iki ölkənin liderləri Alyaska sammitini yüksək qiymətləndirirlər, ancaq əsl həqiqətdə isə görüş nəticəsiz başa çatmış sayılır. Atəşkəs elan edilmədi və Putin Ukraynada müharibənin dayandırılacağı barədə konkret olaraq heç bir vəd vermədi.
Görünən budur ki, Ukrayna məsələsi bundan sonra da ABŞ-Rusiya təmaslarının əsas gündəmi olaraq qalmağa davam edəcək. Çünki Putin Ukraynada eskalasiyanı davam etdirmək üçün manevr imkanlarını qoruyub saxlayır. İşğalçı Rusiya lideri "Xüsusi Hərbi Əməliyyat" (SVO) adlandırdığı bu müharibəni “qələbə” kimi təqdim edə biləcək nəticə əldə etmədən geri çəkilmək istəmir. Ona görə də Putin tam atəşkəs üçün olduqca sərt, ağlasığmaz şərtlər irəli sürür. Ukrayna tərəfi isə haqlı olaraq bu tələbləri, şərtləri təslimçilik aktı hesab edir və rədd edir. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna müharibəsinin qızğın fazası hələ bundan sonra da eyni templə davam edəcək.
Alyaska görüşü nə sülhün, nə də təhlükəsizliyin bərqərar olmasına heç bir zəmin yarada bilmədi. Rusiya Ukrayna üçün də, digər postsovet ölkələri üçün də potensial təhdid və təhlükə mənbəyi olaraq qalmağa davam edəcək. Rusiyanın Dövlət Dumasının deputatlarının və Kremlə bağlı ekspertlərin, təbliğatçıların son günlər Azərbaycanı da müharibə ilə hədələməsi şimal qonşumuzun get-gedə daha da azğınlaşmasının göstəricisidir. Lakin Azərbaycan Rusiyanın istənilən təhdidlərinə adekvat cavab vermək gücünə, potensialına malikdir. Azərbaycanla hərbi qarşıdurmanın Rusiyaya baha başa gələcəyini Kremldə yaxşı başa düşürlər. Rəsmi Bakı ölkəmizin hərbi qüdrətinin daha da artırılması xəttinə üstünlük verməklə 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqları möhkəmləndirməyə davam edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri