Icma.az
close
up
RU
Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına zəmin yaradılmaq üzrədir

Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına zəmin yaradılmaq üzrədir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ağ Evdə növbəti ABŞ və Ukrayna prezidentlərinin görüşü baş tutdu və bu görüş Rusiya və Ukrayna arasında davam edən müharibənin sona çatdırılması istiqamətində aparılan danışıqlar prosesinin davamı olaraq hesab etmək olar.Biz bilirik ki, ABŞ prezidenti Tramp yaxın günlərdə Rusiya prezidenti Putinlə Alyaskada görüşdülər və Vaşinqtonda Ukrayna prezidenti Zelenski ilə görüş məhz Putinlə aparılan danışıqlar prosesinin davamıdır.Əlbətdə ki, ABŞ prezidenti Trampın bu istiqamətdə apardığı görüşlər çətin də olsa Rusiya və Ukrayna arasında davam edən müharibənin durdurulmasına böyük təsir göstərir və Tramp iki ölkə arasında sülhün bərqərar olması üçün qətiyyətli görünür.Vaşinqton görüşü əslində Putinin şərtlərini müzakirə etmək və xüsusilə də güzəştlərə getməyə Ukraynanı hazırlamaq məqsədi daşıyırdı.Bu baxımdan Ukrayna prezidenti Zelenski ərazilərin mübadiləsi ilə bağlı təklifə etiraz etməyib.Bundan başqa Putinin şərtləri arasında işğal etdiyi Donetsk,Luqansk, Zaporoje və Xersonun Rusiyaya qatılması ilə bağlıdır.Hansı ki, ABŞ Ukraynaya bu şərti, Ukraynanın ömürlük təhlükəsizliyi müqabilində qəbul etməsini israr edir. Bu məsələdə Ukrayna prezidenti Zelenski razılaşmaq istəmir və məsələ ətrafında Rusiya prezidenti Putinlə və Trampın da iştirakı ilə görüşmək istədiyini qeyd edib.Danışıqlar prosesi əvvəlki dövrlərlə müqayisədə daha çox razılaşmalar ətrafında aparılır və hesab edirəm ki, yaxın gələcəkdə qismən də çətin görünən razılaşmalar əldə oluna bilər. Çünki, Ukrayna hazırda çox çətin duruma salınıb və prezident Zelenskinin işğal olunmuş əraziləri geri qaytarmaq imkanı yoxdur və bundan sonra yenidən torpaq itkisinə məruz qalma riski də var. Bütün bunlar Ukraynanın Rusiyanın sərtlərini qəbul etməsini təmin edən vəziyyətlərdir, demək olar.Bu baxımdan ABŞ prezidenti Trampın bundan sonra Putinlə daha bir görüş keçirmək kimi ehtimal etmək olar.Çünki, hazirkı vəziyyəti və durumu əldən verməmək məqsədi ilə nəticə əldə etmək imkanı var.Mövcud durum deməyə əsas verir ki, Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına zəmin yaradılmaq üzrədir və davam edən proseslər buna doğru gedir.
Çingiz Şahbazi, siyasi ekspert
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Avqust 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri