Icma.az
close
up
RU
“Alyaska görüşündə Putinin dublikatı iştirak edib” Sərdar Cəlaloğlu

“Alyaska görüşündə Putinin dublikatı iştirak edib” Sərdar Cəlaloğlu

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşü ilə bağlı professor Zaur Əliyev maraqlı iddia ilə çıxış edib. O bildirib ki, Trampla Alyaskada görüşən Putin yox oxşarı olub.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, siyasi liderlərin dublikatlarının olması yeni məsələ deyil:

“Məsələn, Şah İsmayıl Xətainin də beş nəfər özünə oxşarı olub. O qədər oxşar adam tapılıb ki, guya eyni vaxtda Şah İsmayılı beş müxtəlif yerdə görmüşdülər: bir yerdə çörək yeyib, başqa yerdə döyüşdə iştirak edib. Bu səbəbdən də xalq arasında onun haqqında mif yaranıb ki, sanki o, ilahi bir varlıqdır və eyni anda bir neçə yerdə ola bilir. Eyni yanaşma təhlükəsizlik baxımından da istifadə olunub, liderlər üçün dublikatlar seçilib. Mən Putinə də diqqətlə baxdım. Həmin görüşdə iştirak edən Putin kifayət qədər gənc və enerjili görünürdü, 73 yaşlı adama xas olmayan bir aktivlik nümayiş etdirirdi. Halbuki məlumdur ki, onun belində problem yaranmışdı, səhhəti ilə bağlı da ciddi problemlərdən danışılırdı. Əvvəlki görüşlərdə ayağını saxlaya bilməməsi, əllərinin əsəməsi də müşahidə olunmuşdu. Amma Trampla görüşən Putin fiziki cəhətdən tam sağlam təsiri bağışlayırdı, davranışı və hərəkətləri isə 65 yaşlı bir insana uyğun idi. Bu səbəbdən mən də ehtimal edirəm ki, həmin görüşdə Putinin dublikatı iştirak edib”.

Siyasətçi həmçinin qeyd etdi ki, burada Putinin şəxsiyyətini həddən artıq önə çəkmək doğru deyil:

"İstər özü olsun, istər dublikatı, ortada dövlətlərarası razılaşma var. Tədbirdə Rusiyanın Müdafiə Naziri, Xarici İşlər Naziri, investisiya məsələləri üzrə naziri, Avropa ilə əlaqələr üzrə naziri və çoxsaylı müşavirlər iştirak edirdilər. Yəni əgər dublikat iştirak edibsə belə, ona yalnız müəyyən çərçivədə danışmaq hüququ verilmiş ola bilər. Əsl Putinin əl əsəməsi, ayaq və bel problemi də xatırlanmalıdır. Yaşına görə də hazırkı görünüşü 72-73 yaşlı insana uyğun deyil. Onun mimikaları və bəzi hərəkətləri də kifayət qədər qeyri-ciddi idi. Buna görə də ehtimal etmək olar ki, görüşdə iştirak edən şəxs həqiqətən də dublikat olub”.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Avqust 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri