Icma.az
close
up
RU
AMADA III MDB Oyunlarında maarifləndirici fəalliyyətini davam etdirir

AMADA III MDB Oyunlarında maarifləndirici fəalliyyətini davam etdirir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) III MDB Oyunları çərçivəsində maarifləndirici fəaliyyətini davam etdirir.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, növbəti təbliğat proqramı - sentyabrın 28-də Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı üzrə keçirilən yarışlarla paralel olaraq təşkil olunub. Tədbirin əsas məqsədi idmançılar və idman ictimaiyyətinin nümayəndələri arasında dopinqdən uzaq, ədalətli və sağlam idman prinsiplərinin təbliğinə xidmət edib.

Maarifləndirici proqram çərçivəsində iştirakçılara antidopinq qayda pozuntuları və onların nəticələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qaydaların pozulması təkcə şəxsi karyeraya zərbə vurmur, həm də komanda, ölkə idmanı və beynəlxalq imic üçün ciddi nəticələr doğurur. Beynəlxalq idman sistemində təmiz və sağlam rəqabətə riayət olunması həm idmançının uğurunu möhkəmləndirir, həm də ölkənin antidopinq sahəsində reputasiyasını artırır.

Maarifləndirici tədbir təkcə məlumatlandırıcı deyil, həm də interaktiv formatda keçirilib. İdmançılar antidopinq sistemi ilə bağlı sorğularda iştirak ediblər. Düzgün cavabları ilə fərqlənənlərə AMADA tərəfindən hədiyyələr təqdim olunub.

AMADA-nın Qəbələdə keçirdiyi bu fəaliyyətin əsas hədəfi III MDB Oyunlarında iştirak edən idmançılar arasında dopinqdən uzaq, sağlam və ədalətli idman mühitinin təşviqi olub. Proqram, eyni zamanda gənc idmançılarda məsuliyyət hissinin artırılması, onların hüquq və öhdəlikləri barədə məlumatlılığının genişləndirilməsi, həmçinin milli və beynəlxalq miqyasda ədalətli rəqabət mühitinin gücləndirilməsinə yönəlib.

AMADA-nın həyata keçirdiyi bu kimi maarifləndirici tədbirlər yalnız yarış iştirakçıları üçün deyil, həm də ümumi idman ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır. Qəbələdə keçirilən proqram bir daha göstərdi ki, sağlam və təmiz idman dəyərlərinin təbliği davamlı prosesdir və bu istiqamətdə mütəmadi maarifləndirmə fəaliyyətlərinə xüsusi ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri