Icma.az
close
up
RU
AMADA TDO Monitorinq Qrupunun iclasında təmsil olunub AZƏRTAC

AMADA TDO Monitorinq Qrupunun iclasında təmsil olunub AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Fransanın paytaxtı Parisdə Avropa Şurasının Antidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun Hüquqi məsələlər üzrə Məsləhətçi Qrupunun növbəti iclası keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda ölkəmizi AMADA-nın hüquqşünası Nicat Əmiraslanlı təmsil edib.

Fransa Milli Olimpiya Komitəsində yerli antidopinq agentliyinin təşkilatçılığı ilə keçirilən iclasın gündəliyində dayanan əsas məsələlər uşaqlar və antidopinq, idmanda dopinq vasitələrinə dair cinayət qanunvericiliyi və Ümumdünya Antidopinq Məcəlləsinin yenilənməsinə dair Monitorinq Qrupunun tövsiyələri olub.

Birinci sessiya Ümumdünya Antidopinq Məcəlləsinə əlavə və dəyişikliklərə dair Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilmiş təkliflərin müzakirəsi ilə başlayıb və Konvensiyaya tərəf olan dövlətlərin nümayəndələrinin dopinq vasitələri ilə bağlı milli cinayət qanunvericiliklərində mövcud olan tənzimləmələrlə bağlı qısa arayışları ilə işini davam etdirib.

AMADA-nın nümayəndəsi dopinq vasitələrinin qadağan edilməsinə dair Azərbaycan Respublikasının inzibati xətalar və cinayət qanunvericiliyində mövcud olan normalar barədə iclas iştirakçılarını məlumatlandırıb. Tövsiyə olunub ki, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə üzv dövlətlər, xüsusilə də qonşu ölkələr arasında tərəfdaşlıq əlaqələri genişləndirilsin, pozuntu hesab edilən əməllərə görə sanksiyalar sərtləşdirilsin və milli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq dərinləşdirilsin.

İkinci sessiya antidopinq sahəsində uşaqların hüquqlarının qorunması barədə müzakirə ilə başlayıb. Məsləhətçi Qrup yetkinlik yaşına çatmayanlara münasibətdə antidopinq maarifləndirmə işinin gücləndirilməsi, bu prosesə azyaşlı idmançıların valideynlərinin də cəlb edilməsini, azyaşlılara münasibətdə tətbiq ediləcək sanksiyaların yüngülləşdirilməsinə dair tövsiyələr qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri