Icma.az
close
up
RU
AMADA beynəlxalq tədbirdə Azərbaycanı uğurla təmsil edib AZƏRTAC

AMADA beynəlxalq tədbirdə Azərbaycanı uğurla təmsil edib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Londondakı Lafboro Universitetində keçirilən data analitikası üzrə workshopda ölkəmizi təmsil edib.

AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) və “Sport Integrity Australia” tərəfindən “AxiaOrigin” ilə əməkdaşlıq çərçivəsində təşkil edilən workshop qlobal antidopinq icmasının əsas tərəfdaşlarını bir araya gətirib. Tədbirdə 16 antidopinq təşkilatının (ADO), Ümumdünya Antidopinq Agentliyinin (WADA), Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) və Beynəlxalq Test Agentliyinin (ITA) nümayəndələri iştirak ediblər.

AMADA-nın nümayəndə heyətində icraçı direktorun müavini Rüfət Efendiyev və Təhsil məsələləri üzrə aparıcı mütəxəssis Qüdrət Səfərov yer alıblar. İki gün davam edən intensiv müzakirələr zamanı data analitikası və süni intellektdən istifadə edərək qlobal antidopinq səylərinin təkmilləşdirilməsi imkanları araşdırılıb.

R.Efendiyev tədbirin əməkdaşlıq sessiyalarında mühüm rol oynayaraq, süni intellektin idarəetmə çərçivələri, birgə tətbiq halları və strateji məlumat əsaslı həllər mövzularında müzakirələrə töhfə verib. Onun fəal iştirakı AMADA-nın beynəlxalq tərəfdaşlığı möhkəmləndirmək və antidopinq sahəsində innovativ yanaşmaları dəstəkləmək öhdəliyini bir daha nümayiş etdirib.

Q.Səfərov isə “ADO-lar üçün süni intellekt” mövzusunda panel müzakirəsində çıxış edərək AMADA-nın süni intellektin antidopinq səylərinə inteqrasiyası və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslərini vurğulayıb. O, təqdimatında təmiz idman məqsədlərinə nail olmaq üçün süni intellektin praktiki tətbiqi üzrə məlumatları diqqətə çatdırıb.

Workshop data etikası, süni intellekt üzrə əməkdaşlıq üçün maneələr və imkanlar, həmçinin antidopinq ehtiyaclarına uyğun idarəetmə çərçivələrinin hazırlanması mövzularını əhatə edib. İştirakçılar müzakirələrin dəqiq nəticələrə çevrilməsini təmin etmək məqsədilə interaktiv qrup fəaliyyətlərində fəal iştirak ediblər.

Tədbirdə WADA, iNADO, ITA və dünyanın müxtəlif ölkələrindən olan ADO-ların iştirakı dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. “AxiaOrigin”in data analitikası üzrə dəstəyi sayəsində workshop antidopinq icması üçün innovativ strategiya və həllərin hazırlanması istiqamətində mühüm platforma rolunu oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri