AMADAnın icraçı direktoru: Bu konfrans təmiz idman və ədalətli rəqabətin bünövrəsini qoyacaq AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 dekabr, AZƏRTAC
"Bu konfrans təmiz idman və ədalətli rəqabətin bünövrəsini qoyacaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə Bakıda keçirilən “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış" adlı beynəlxalq konfransın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu il üçüncü dəfə beynəlxalq konfrans təşkil edən AMADA-nın idman ictimaiyyətinin nümayəndələrini və antidopinq sistemində məsul şəxsləri yenidən bir araya topladığını qeyd edib: "Bu platforma idmançılar üçün olduqca əhəmiyyətlidir. Bu il Bakı dünyanın idman paytaxtı seçildi. Biz də öz növbəmizdə antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirməyə çalışacağıq".
Qeyd edək ki, konfrans AMADA-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Dekabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















