Icma.az
close
up
RU
AMB: BOKT larla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

AMB: BOKT larla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

Icma.az bildirir, Banco.az portalına istinadən.

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

"Ötən strateji dövr ərzində ölkədəki BOKT-ların aktivləri 2,3 dəfə artıb, onların maliyyə sektorundakı payı ildə 0,8 faiz bəndi artaraq 2,4 % təşkil edibş Maliyyə sektorunun dayanıqlı inkişafı üçün investorların vəsaitləri və alternativ maliyyələşmə kanalları daha fəal rol oynamalıdır. Bunun üçün investorların etimadını təmin edən şəffaf hesabatlılıq, sağlam korporativ idarəetmə, etibarlı risk-menecmenti və aydın tənzimləyici çərçivə ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mikromaliyyə modeli üzrə strateji çərçivəmizdən irəli gələrək BOKT-lərin nizamnamə kapitalına dair dəyişikliklər paketi üzərində işi davam etdirmişik. Ötən dövr ərzində bu məsələnin sektor daxilində müzakirəsini də təmin etmişik. Eyni zamanda, BOKT-lər üçün korporativ idarəetmə standartları layihəsi hazırlanıb ki, bu da onların institusional potensialının artırılmasına mühüm töhfə verəcək", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəmisi deyib ki, mikromaliyyə real iqtisadiyyatla dayanıqlı inkişaf arasında körpüdür

"Mikromaliyyə haqqında danışarkən adətən kiçik məbləğli kreditlər vasitəsilə sahibkarlığın maliyyələşdirilməsini, maliyyə vasitəçiliyinin və maliyyə xidmətlərinə çıxış imkanlarının təmin olunmasını nəzərdə tuturuq. Lakin qeyd edilməlidir ki, mikromaliyyənin əsl dəyəri kreditlərin həcmi ilə deyil, maliyyələşdirdiyi iqtisadi imkanların dayanıqlılığı ilə ölçülməlidir. Buna görə də mikromaliyyəyə maliyyə sektorunun bir hissəsi olmaqla yanaşı, real sektor, real iqtisadiyyat və dayanıqlı inkişaf arasında körpü kimi baxmalıyıq. Məhz bu yanaşma müəyyən etdiyimiz "2022–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyası"nda, eləcə də mikromaliyyə modeli üzrə strateji çərçivədə öz əksini tapıb. Bu sənədlərdə sahənin institusional əsaslarının gücləndirilməsi və biznesin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib", - deyə o əlavə edib.

report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://banco.az
archiveBu xəbər 28 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri