“Arvadımın 29 dəqiqəlik səs yazısı var” KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Bakının Yasamal rayonunda 43 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Həsən Məcidov küçəsində baş verib. 1983-cü il təvəllüdlü Elmir yaşadığı mənzilin mətbəxində həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Elmir həyat yoldaşının bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri endirərək ona xəsarətlər yetirib.
Elmir barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisədən əvvəl ailəsində problemlər olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşı ona xəbər vermədən uşaqların məktəbini dəyişib və işə düzəlib:
“Mən də onu xəbərdar etdim, mənə hörmət qoymasını xahiş etdim. Ona iki gün vaxt verdim, işdən ayrılmasını söylədim. Çünki uşaqlara və evə baxmaq lazımdır. İki gün sonra ondan işdən ayrılıb-ayrılmadığını soruşdum. Arvadıma nəinki əl qaldırmaq, heç bir söz demək də mümkün deyil. Nəsə dedikdə də səsini qaldırırdı. Ona yaxınlaşmamışdan əvvəl telefonda səsyazma funksiyasını açmışdım, 29 dəqiqəlik səs yazısı var. Həmin vaxt onu vurmaq istəmişəm. Çünki məni affekt vəziyyətinə çatdırmışdı. Lakin uşaqlar yanıma gələrək vurmamağımı dedilər. Mən də vurmadım”.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, hadisə oktyabr ayında baş verib. O bildirib ki, həyat yoldaşı ilə 16 ildir ailəlidir və əri dəfələrlə onu ölümlə hədələyib, döyüb:
“Lakin mən hər dəfə günahı özümdə görürdüm. Uşaqlar böyüdükcə bu hadisələr onların psixologiyasına təsir edirdi. Mən məktəbdə müəllimə kimi işləmək üçün imtahan vermişdim. Buna görə məni yenə hədələdi və mən bu barədə yoldaşımın anasına dedim.
Həmin hadisədən sonrakı gün mətbəxdə olarkən yanıma gələrək uşaqların məktəbini niyə dəyişdiyimi soruşdu. Ona onsuz da uşaqlarla maraqlanmadığını və buna görə də bu barədə özümün qərar qəbul etdiyimi dedim. Bu məsələlərlə bağlı həmişə yoldaşımın ata-anası ilə məsləhətləşirəm. Çünki Elmir ailə məsələlərinə qarşı həmişə məsuliyyətsiz olub”.
Zərərçəkmiş ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Elmir barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Noyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















