Icma.az
close
up
RU
AMB “Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri” adlı regional tədbirdə təmsil olunub

AMB “Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri” adlı regional tədbirdə təmsil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədov və Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Beynəlxalq Valyuta Fondunun Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzi tərəfindən təşkil olunan tədbirdə iştirak ediblər.

AMB-dən AZƏRTAC-a bildirilib ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbir “Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri” mövzusuna həsr olunub. İsveçrə Milli Bankı və Almaniya Federal Bankının dəstəyi ilə təşkil olunan tədbirə müxtəlif ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri qatılıblar.

Tədbirdə sədr müavini Əli Əhmədov son illərdə Mərkəzi Bankın pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də bu tədbirlərin makroiqtisadi sabitliyin təmin olunması və yerli maliyyə bazarlarının inkişafındakı rolu haqqında fikirlərini bölüşüb. O, Mərkəzi Bankın gələcəkdə də siyasət qərarlarının real sektora ötürülməsinin daha da təkmilləşdirilməsi üçün analitik imkanların genişləndirilməsində qərarlı olduğunu bildirib. Qeyd edib ki, pul bazarı əməliyyatlarının modernləşdirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində təşəbbüslər davam etdiriləcək.

Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov isə “Azərbaycanın pul siyasəti kommunikasiyası” mövzusunda təqdimatla çıxış edib. O, tətbiq olunan kommunikasiyanın hədəf qrupları üzrə vasitələri və kanalları, həmçinin kommunikasiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi istiqamətində Mərkəzi Bankın təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Azər Ələsgərov son illərdə Mərkəzi Bank tərəfindən informasiya açıqlığının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir mərkəzi bankçılıqda idarəetmə, pul siyasəti qərarlarının qəbulu və tətbiqi üzrə ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də potensialın artırılması, kommunikasiya və şəffaflıq məsələlərinin müzakirəsi üçün səmərəli regional platforma rolunu oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri