Mərkəzi Bank mükafat ödənişləri ilə bağlı yeni tələblər müəyyən edib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 avqust 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda korporativ idarəetmə Standartları"nda dəyişikliklər edib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, mükafatın ödənişi bankın kapital adekvatlığı əmsalları və likvidlik normativləri üzrə minimum tələblərin pozulması ilə nəticələnməməlidir. Beləliklə, konkretləşdirilir ki, mükafatın ödənişi kapital adekvatlığı əmsalları və likvidlik normativləri üzrə minimum tələblərin pozulmasına səbəb olmamalıdır.
Əvvəlki versiyada isə sadəcə "kapital adekvatlığı və likvidlik göstəricilərinin pisləşməsinə yol verməməlidir" deyilirdi.
Bundan başqa, mükafata dair qərar qəbul edilən zaman xalis mənfəət Mərkəzi Bankın İdarə Heyətinin 24 aprel tarixli 2020-ci il taixli qərarı ilə təsdiq edilmiş "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nın müəyyən edilmiş hədlər nəzərə alınmaqla bölüşdürüləcək. Beləliklə, mükafatların ödənilməsi artıq konkret normativ sənədə əsaslanacaq, subyektiv qərar vermək imkanı azalacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 31 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















