Icma.az
close
up
RU
AMEA da tanınmış ictimai xadim Natəvan Dəmirçioğlunun Açar romanının akademik müzakirəsinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA da tanınmış ictimai xadim Natəvan Dəmirçioğlunun Açar romanının akademik müzakirəsinə həsr olunmuş elmi sessiya keçirilib

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA-nın Ədəbiyyat İnstitutu, Kaşqari adına Beynəlxalq Fond və Mərkəzi Elmi Kitabxananın birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun "Açar" romanının akademik müzakirəsinə həsr olunmuş "Zəfərimizin "Açar"ı adlı elmi sessiya Mərkəzi Elmi Kitabxananın “Akademiklər zalı”nda reallaşdı.

Tədbirin aparıcısı AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri Misir Mərdanov idi.

Misir Mərdanov ətraflı giriş sözü söylədi:

“Bu günkü elmi sesiyamızın mövzusu Natəvan Dəmirçioğlunun "Açar” romanı, onun bədii xüsusiyyətləri, yaradıcılq keyfiyyəti, dil-üslub quruluşu, müharibə ədəbiyyatı kimi tarixi və siyasi çəkisi, obrazlar sistemi və ümumən müasir ədəbiyyatımızda yeri məsələsidir. Natəvan Dəmirçioğlu -yazıçı, filologiya üzrə fəlsəfə doktoru, AzTV- nin Beynəlxalq Radiosunda proqram rəisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim, DİM-də media eksperti, iki övladın anası, dörd nəvənin nənəsi, dörd kitabın, bir dissertasiyanın, yüzlərlə məqalənin, minlərlə radioverlişlərin və bir neçə radiotamaşanın müəllifi.

Ağıllı, istedadlı, insansevər, qürurlu, alicənab, məsuliyyətli, çalışqan, fədakar, namuslu, ismətli, yurdsevər, ailəcanlı, intellektli, mədəni, ismətli bir Azərbaycan xanımı. Əsl xanım, əsl alim, əsl publisist, əsl pedaqoq, əsl rəhbər, əsl ziyalı və ən əsası əsl yazıçı. Böyük hərflərlə yazılan yazıçı.

Biz ümid edirik ki, bu gün elmi müzakirəsinə yığışdığımız və daha böyüyünü desək, haqqında elmi sesiya düzənlədiyimiz "Açar"romanı onu layiq olduğu yerə və məqama götürəcək, (kitabı göstərərək) bu qiymətli, fundamental nəsr nümunəsi Natəvan Dəmirçioğlunun 10 illik zəhmətinin bəhrəsidir.

"AÇAR" romanı haqqında ara-sıra informasiyalara rast gəlmişdim, hətta bəzi parçalar da oxumuşdum. Diqqətimi cəlb etmişdi. Əsərin müəllifini yaxşı tanıdığımdan arzu edirdim ki, dəyərli bir əsər olsun. Amma bu qədər möhtəşəm bir roman olacağını, XXI əsr Azərbaycan nəsrinin böyük hadisəsinə çevriləcəyini, doğrusu təsəvvür etmirdim.

Əsər yarandı, roman kimi yüksək poliqrafik keyfiyyətlə nəşr olundu. Kitabı əlimizə aldığımız anda, mütaliəsi olan hər kəs, sövqi-təbii onun qiymətli bir nəşr olduğunu hiss edir. Amma bir məsələ var: bəzən yüksək çap keyfiyyəti, bahalı kağızı olan elə kitablar var ki, onu oxumaq vaxt itkisidir. Onda kitabın üzü ilə, içi eyni dəyərdə olmadığı üçün üzülürsən. "Açar" romanını oxudum. Gördüm ki, nəşr nə qədər gözəl və keyfiyyətlidirsə, roman ondan qat-qat üstündür, qiymətlidir. Oxuduğun vaxtı sənə qazandırır.

"Açar" ı oxuyanda tarixə dair, psixologiyaya dair, təbiətə dair, insan xarakterlərinə dair, müharibəyə, sülhə dair, keçmişə, gələcəyə dair bilgilərimiz xeyli dərəcədə zənginləşir. Bu romanın ən böyük keyfiyyəti bir də odur ki, bu fundamental nəsr əsəri 44 günlük Vətən Müharibəmizi, haqq savaşımızı, böyük Zəhərimizi əks etdirir.

Mən bu qiymətli roman və onun qeyrətli müəllifi xanım Natəvan Dəmirçioğlu haqqında hələlik bu qədər danışaraq sesiyamızı açıq elan edirəm. İştirakçılardan bu kitabda da ruhu yaşayan, həmişə and yerimiz olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm!” dedi.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ilk söz filoloji fikrimizin ağsaqqallarından biri -AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutun şöbə müdiri, professor Asif Rüstəmliyə verildi. Filoloq alim “Açar” romanını müstəqillik dövrü Azərbaycan ədəbiyyatının uğuru hesab etdiyini qeyd etdi. Müəllif haqqında: “Dil-üslüb səlistliyi, yaradıcılıq manerasının ustalığı, təhkiyə məharəti, obrazların həyatiliyi, hadisələrin dinamikası, doğru müharibə lövhələri, rəngarəng peyzajlar göstərir ki, Natəvan Dəmirçioğlu nəsrdə tam püxtələşib. Müasir ədəbiyyatımızın ciddi simalarından birinə çevrilib”-dedi.

Misir Mərdanov- Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə -ingilis, rus, fars, özbək,tatar dillərinə tərcümə olunub, türkiyə türkcəsinə uyğunlaşdırılıb. 2007-ci ildə İstanbulda "Hazar kıyısında yerle gök" toplusunda hekayəsi dərc olunub, 2015-ci ildə "Yetim" əsəri Ankarada türkiyə türkcəsində kitab şəklində buraxılıb. Onu da deyək ki,"Yetim" əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, "Ölmədən öncə okumanız gərəkən 1001 kitab" seriyasından, "İlin ən iyi əlli romandan biri" nominasiyasında nəşr olunub. Bu gün Türkiyədən Üsküdar Universitetinin rektoru, filoloq alim Nazife Güngör Natəvan xanımın tədbirinə təşrif buyurub. Sözü böyük həvəslə Nazife Güngörə vermək istəyirəm. Buyurun Nazife xanım.

Nazife Güngör özünün də təhsil etibarilə publisist olduğunu, bu sahədən yetişərək, böyüdüyünü, o səbəbdən də Natəvan Dəmirçioğlu ilə aralarında mənəvi bir bağın olduğunu qeyd etdi. "Açar" romanında dünyaya çıxarmalı məqamların olduğunu qeyd edərək, onun Türkiyə türkcəsinə uyğunlaşdirılması, Türkiyədə nəşri məsələsini diqqətə çatdıracağını dedi.

Misir Mərdanov- Mən bir neşə dəfə ədəbi cameədə kitab təqdimatlarında, prezentasiyalarda iştirak etmişəm. Adətən yazıçılar, şairlər, tənqidçilər yığışır, özləri öz aralarında müzakirə edirlər. Bizim bu seminar xeyli fərqlənir. Burada müxtəlif sahələri təmsil edən mühüm şəxslər iştirak edir. Onlardan birinə- Fəlsəfə elmləri doktoru, Millət Vəkili, Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevə söz verirəm: Cavanşir Feyziyev:

“Bədii əsərin ümumi ruhuna uyğun təhkiyə tonunun tapılması yazıçının ən uğurlu işidir. Bu baxımdan Natəvan xanım Dəmirçioğlunun "Açar" romanının dili toxunulan məsələnin ruhuna tamamilə uyğun gəlir və güclü psixoloji səciyyə daşıyır. Əsərin dilində emosional və idraki effektlər vəhdət təşkil edir. Ritm, ton, ahəng təkcə şeir dili üçün yox, nəsr dili üçün də əsasdır. Bunu tapmaq uğurun başlanğıcıdır. Bu mənada, Natəvan Dəmirçioğlunun nəsri məhz ritmik nəsrdir.” Dedi.

Sonra: "Açar" romanında zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri problemlərə və planetar mövzulara toxunduqca bu və digər dərəcədə şərti-metaforik üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir və nəticədə "Zəfərimizin "Açar"ı" olan çoxplanlı, çoxqütblü, çoxproblemli bir monumental əsər yaranır.Yazıçı əsərdə mətn görümlülüyünü elə yüksək səviyyədə oxucusuna təqdim edir ki, cəsarətlə deyə bilərik ki, "Açar" romanı dramaturji siqlətinə görə ən mükəmməl ekran işi olmağa layiq əsərdir.” fikrini səsləndirdi.

Misir Mərdanov- Natəvan Dəmirçioğlu iki böyük insanın, dahi şəxsiyyətin təqaüdünü alıb. 1999 –cu ildə “Üç nöqtə” və “Səbət” povestinə görə Ulu Öndər Heydər Əliyevin, 2010- cu ildə isə “Yetim” əsərinə görə cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bir illik təqaüdünə layiq görülüb. Bu il də xanım yazıçı “Tərəqqi medalı” ilə təltif olunub. Bu naliyyətləri bir alimin, yazıçının, pedaqoqun, bir Azərbaycan xanımının uğuru hesab edirəm. Tədbirimizdə elm sahəsində çalışan, ictimai imici yüksək xanımlarımız iştirak edir. Onlardan bir AMEA-nın Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfədoktoru,dosent Fidan Nizaməddinqızı buyursun.

Fidan Nizaməddinqızı elmi sesiya üçün hazırladığı mətni “Qan daman roman” adlandıraraq: “Romanda hadisələri yazıçı başlayır, müəyyən bir hissədən sonra isə personajlar özü tarixi faktların izi ilə əsəri davam etdirir. Bu isə oxucu üçün əsərin dilini maraqlı və axıcı edir. Maraqlı bir nüans isə yazıçıdan çox, personajların üslubu diqqət çəkir. Bəlkə də son on ildə bu üsluba rast gəlmək olmurdu. Bu roman haqqında yazmaq istəyim də əslində bu üslubdan yarandı.” -dedi

Millət vəkili Elçin Mirzəbəyli mövzu ətrafında çıxış edərək: “ Natəvan xanım uzun illər siyasi jurnalistika ilə peşəkar səviyyədə məşğul olduğuna görə belə ağır mövzuda möhtəşəm roman yaza bilib” fikrini səsləndirdi. Çıxışının davamında Natəvan xanım kifayət qədər ictimai bir xanımdır. Hətta mən onu ictimai xadim hesab edirəm. Ölkəmizdə və xaricdə baş verən ictimai-siyasi hadisələrə çox fəhmlə və siyasi yetkinliklə münasibət bildirir, aydın mövqeli çıxışlar edir. Onu siyasi sferada da çox yaxşı tanıyırlar. “Açar” romanında da siyasi məsələlərə ayıq münasibəti var.”- deyə vurğuladı.

Qardaş Türkiyədən Lider Haber TV- nin Haber Spikeri, “Soruyoruz” programının sunucusu, Ankara parlamentini müxbiri, xanım Neşe Berber İstanbuldan canlı bağlantı ilə sesiyaya qoşuldu və Natəvan xanımı təbrik etdi, "İki dövlət, bir millət, tək ürək" olduğumuzu belə yazılan əsərlərin, kitabların sevinci fonunda dilə gətirdi. Natəvan xanımın Böyük Zəfərimizdən bir il sonra İstanbulda xanım Neşe Berberin verilişində qonaq olduğunu qeyd etdi.

Ekranda Natəvan xanımın tələbəsi, “Qursali” TV nin rəhbəri Samir Rahinoğlunun hazırladığı “Açar” romanından qısa bir parça gurultulu alqışlarla qarşılandı.

Natəvan Dəmirçioğlunun “AÇAR” romanının akademik müzakirəsinə həsr olunmuş "Zəfərimizin "Açar"ı" adlı elmi sessiyada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Qərbi Azərbaycan toponimləri şöbəsiinin müdiri, dosent Elçin İsmayılov “Açar” romanının dil-üslub keyfiyyətlərindən, onun etnoqrafik yatıra sahib olmasından danışdı. BDU-nun kollektivini təmsil edən filologiya elmləri doktoru, professor Sevil Həsənova Natəvan xanımın elmi- pedaqoji fəaliyyətindən, onun nəzəriyyəni və praktikanı eyni yüksək səviyyədə bilməsindən və auditoriyada peşəkar müəllim bacarığından söz açdı. ”Natəvan xanım "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı çox mühüm bir mövzuda dissertasiya yazıb, uğurla müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cə ildən Bakı Dövlət Universitetinin müəllimidir.” –dedi.

Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov orjinal çıxışı ilə fərqləndi.Müəllifin yaradıcılığında təsadüfü heç nəyin olmadığını, hər bir nüansın ilahi qanunauyğunluq kəsb etdiyini söylədi. Natəvan Dəmirçioğlunun çox ciddi yazıçı olaraq, hətta öncəgörənliyə sahib olmasını qeyd etdi. “Yazıçı publisist, Natəvan Dəmirçioğlunun “Açar” romanı Müqəddəs Qurani- Kərimin 57-ci Hudud (Dəmir) surəsinin 2-ci ayəsi ilə başlayır. “Göylərin və Yerin açarları Onun əlindədir..... O hər şeyi biləndir. Həmd olsun Ona” Mən müəllifdən epiqrafı qəsdənmi o surəyə istinadən yadığını soruşdum. Axı dəmir surəsi – Dəmirçioğlu. Bağlılığa baxın. Yox, məni məna maraqlandırır, o surə əsərin məzmunu ilə üst-üstə düşür” dedi. Çıxışının sonunda “Vaxtilə Xanqızı Natəvan özünün yaşadığı əsri şeirlərində ahu-zarla qeyd edirdisə, Natəvan Dəmirçioğlu “Açar” romanında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuz, şəhidlərimiz, qazilərimiz sayəsində Qarabağın azadlığa qovuşmasını qəhrəmanlıq və işıqlı tariximiz kimi vəsf edir.” -deyə qeyd etdi.

Tədbirdə çıxış edən AMEA – nın professoru, filologiya elmlər doktoru Esmira Fuad, Kəlbəcər ziyalısı, romanın oxucusu Arif Süleymanov, Pedaqoji Universitetin professoru, Filologiya elmləri doktoru Elman Quliyev, Natəvan xanımın tələbəsi Nigar Safura və digər iştirakçıların çıxışı böyük maraqla dinlənildi.

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin müəllimi Leyla Məmmədəliyeva Əsər ən yeni tariximizin işıqlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusilə əhəmiyyətlidir, əsərə maraq günü-gündən artacaq” deyə vurğuladı. Eyni zamanda “onun ssenarisinə əsasən yüksək səviyyəli bir filmin ərsəyə gətirilməsi şəhidlərimizin ruhuna layiqli bir töhfə ola bilər.”- deyə kino xadimlərinə səsləndi.

Slavyan Dövlət Universitetində oxuyan, bu il “İlin Tələbəsi” adını qazanmış Murad Hümbətov isə “Kitab yazmaq qədər, kitab oxumaq da bir sənətdir. Bu mövzu ilə bağlı çox gözəl aforizm var, qeyd olunur ki, "Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Natəvan Dəmirçioğlunun "Açar" romanı oxuduqda mən vaxtımı filosoflarla söhbətə həsr etmiş kimi oldum”- dedi.

Tədbirdə akademik Misir Mərdanov maraqlı bir xatirə danışdı:” Natəvan xanımın elmi yaradıcılığı, pedaqoji fəaliyyəti ayrıca bir əhəmiyyət daşıyır. Mən nazir işlədiyim illərdə O BDU- nun müəllimi idi. Onun həmişə yaxşı sorağını eşitmişəm. İlk tanışlığımız da yadımdadır. Xalq Şairi Zəlimxan Yaqubun Flarmoniyada Yaradıcılıq Gecəsində Natəvan xanım çox mötəbər, layiqli bir çıxış elədi. Tədbirin sonunda ona təşəkkürümü bildirdim. Mənə dedilər ki, bizim müəllimdi, bu il də kitabı çap olunub. Mənə söz verdi ki, sizə kitab gətirərəm.Qəbula gəldi, kitab gətirdi. “Birinci Kitab” adlanırdı kitabı. Götürdüm, “Məndən istəyiniz varmı, nə köməklik etməyimi istərsiz” deyə nazir kimi ondan soruşdum. “Heç bir istəyim yoxdur, sağlığınız yetər” dedi. İnanırsız ki, bu cavab nazirliyə səs salmışdı. Deyirdilər bir müəllimə, bir yazıçı xanım nazirə deyib ki, heç nəyə ehtiyacım yoxdur, sağlığınızı istəyirəm. Bu ancaq xarakteri olan insanlara məxsus hərəkətdir. Mən belə şəxsiyyətlərin müəllim olmağını həmişə arzulamışam və imkanım olduqca belə xarakterli müəllimlərə şərait yaratmışam.” -dedi.

Tədbirdə Natəvan Dəmirçioğlunun ailə üzvüləri iştirak edirdi. Övladları Nurlan, Nuran və nəvəsi Rəsul da təbriklərə qoşularaq səbəbkara gül buketləri təqdim etdilər.

Yekunda Natəvan xanım çıxış edərək bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi:

"Yalnız Tanrı şahiddir ki, bu romanı ürəyimin qanı ilə yazmışam. Necə şəhidlərimizin, qazilərimizin Vətən torpağına qanı tökülüb, bu sətirlərə də mənim göz yaşım və ürəyimin qanı tökülüb.Bəzən çox ağırlıq çəldim, dözülməz anlar yaşadım. Bir qadın yazıçı üçün bu mövzuda və bu maştabda əsər yazmaq, bilənlər bilir, çox çətindir. Taleyimə minnətdaram ki, onu tamamlaya bildim və deyilənlərə görə nəstimizi gələcəklərə götürə biləcək bir roman yarandı. İndi hamı məni tərifləyir, sağ ol deyir. Amma bu əsərə məndən daha çox zəhməti keçən, haqqı çatan insanlar var. Mən də onlara minnətdarlıq etmək istəyirəm. Birinci Ali Baş Komandan cənab İlham Əliyevə, sonra onun komandanıığı altında yağı düşmənə doğru gedən, yurdu xilas edən, Vətən torpağına qarışıb, özü də bir ovuc torpaq olan şəhidlərimizə və torpaq yaramızı sağaldıb özü yaralı qalan qazilərimizə.

Oxuculardan, teatr və kino xadimlərimizdən, tərcüməçilərdən bu əsərə doğma münasibət istərdim. Bir professor, müəllim yoldaşımın dediyi kimi, "Açar"ı Azərbaycan haqqları naminə dünyada dost, düşmən qabağına çıxarmaq lazım. "Açar" öz taleyinə açar olsun. Elə mənim arzularıma, istəklərimə də. "Açar" romanı da, onun İlham aldığı Zəfərimiz də daimi olsun, baqi olsun.

Sonda hər birinizə təşəkkür edirəm. Tədbiri keçirtdiyinə görə AMEA-nın rəhbərliyinə-akademik İsa Həbibbəyliyə, Ədəbiyyat institutunun elmi heyətinə, Kaşqari adına Beynəlxalq Fondin prezidenti, Millət Vəkili Cavanşir Feyziyevə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə, işçi personalına, aparıcılığa görə akademik Misir müəllimə və tədbirin təşkilatçısı Xəyalə Əfəndiyevaya və sonda yenə hər birinizə."

AMEA-nın Ədəbiyyat İnstitutu, Kaşqari adına Beynəlxalq Fond və Mərkəzi Elmi Kitabxananın birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun "Açar" romanının akademik müzakirəsinə həsr olunmuş "Zəfərimizin "Açar"ı adlı elmi sessiyanın iştirakçıları sonda Mərkəzi Elmi Kitabxananın Qarabağ Şəhidləri Fondunu ziyarət etdilər. Fondun nümayiş etdirdiyi eksponatlar arasında yazıçının bacısı Milli qəhrəman səviyyəsində döyüşçü Vəfa Mansurovanın ruhu yad edildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see145

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see140

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see132

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see131

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see127

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see126

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see124

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

28 Aprel 2025 20:19see123

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see122

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see122

ABŞ da Harvard Universitetində irqi ayrı seçkilik iddiaları ilə bağlı araşdırma başlayıb

29 Aprel 2025 07:48see122

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see121

Azercell in mobil nömrələri hərraca çıxarılır 36 min manata...

28 Aprel 2025 20:35see120

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see120

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see119

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see119

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see116

Bobur Bekmorodov: Azərbaycan ədalət və inklüzivlik prinsiplərinə sadiqliyini nümayiş etdirib

28 Aprel 2025 17:59see114

Putin KXDR ə hərbi yardım vədi verib

28 Aprel 2025 21:17see114

“Göztepe” 11 oyundan sonra qələbə qazandı

29 Aprel 2025 00:04see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri