Icma.az
close
up
RU
Akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib AZƏRTAC

Akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda görkəmli alim, Əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi və ETN İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə institut və təşkilatların rəhbərləri, alim və mütəxəssislər, KİV nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli akademik Arif Mehdiyevin elmi və dövlətçilik fəaliyyəti haqqında məlumat verib. AMEA-nın prezidenti qeyd edib ki, akademik Arif Mehdiyev mühüm innovativ layihələrin rəhbəri kimi Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirib, bir sıra müxtəlif təyinatlı məlumat-ölçü komplekslərinin hazırlanmasında və kosmik məlumatların emalında yeni texnologiyaların, o cümlədən coğrafi məlumat sistemləri texnologiyalarının tətbiqi sahəsində yüksək nəticələr əldə edib. İsa Həbibbəyli Arif Mehdiyevin fəaliyyətinin müəyyən bir dövrünün AMEA ilə bağlı olduğunu qeyd edərək, alimin 2001-2007-ci illərdə akademiyanın vitse-prezidenti kimi fəaliyyət göstərdiyini bildirib. AMEA rəhbərinin sözlərinə görə, A.Mehdiyevin yorulmaz elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, alim Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. Həmçinin Akademik Arif Mehdiyev “Y.Məmmədəliyev adına medal”, BMA-nın “Böyük qızıl medalı”, “Şərəf nişanı” ordeni, Belarusun “Fransisk Skorina” medalı ilə təltif edilib.

AMEA-nın prezidenti zəngin elmi irsə malik alimlərimizdən olan akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib, tədbirin görkəmli alimin ruhuna ehtiramın nümunəsi olduğunu vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayev akademik A.Mehdiyevin təkcə dövlət xadimi kimi deyil, eləcə də elm, texnika və təhsil sahəsindəki fəaliyyəti və fədakar əməyi ilə seçilən görkəmli ziyalılarımızdan olduğunu diqqətə çatdırıb: “Görkəmli dövlət xadimi A. Mehdiyev 2002-ci ildən ömrünün sonunadək AR Prezidenti yanında AAK-ın sədri vəzifəsində çalışıb, həmin illərdə beynəlxalq aləmdə Azərbaycan elminin səviyyəsinin və nüfuzunun yüksəldilməsi istiqamətində mühüm töhfələr verib”.

Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov akademik A.Mehdiyevin agentliyin yaradılmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Bildirilib ki, 1992-ci ildə görkəmli alimin təşəbbüsü ilə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin bazası əsasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılıb və A. Mehdiyev 2003-cü ilədək həmin agentliyin baş direktoru vəzifəsində çalışıb. Professor N.Cavadov akademik A.Mehdiyevin səyləri nəticəsində Milli Aerokosmik Agentliyin əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin müvafiq kosmik tədqiqatlar mərkəzlərinin işi ilə yaxından tanış olduqlarını, Yerin kosmosdan öyrənilməsi istiqamətində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərində ixtisasartırma kursları keçdiklərini söyləyib.

Milli Aviasiya Akademiyasının I prorektoru, professor Ədalət Səmədov çıxış edərək görkəmli alim Arif Mehdiyevin Akademiyanın Aerokosmik Monitorinq kafedrasına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi mühüm tədbirlər haqqında məlumat verib.

Professor Ə.Səmədov qeyd edib ki, akademik Arif Mehdiyev açıq layihələrlə yanaşı, uzun müddət hərbi təyinatlı məlumat-ölçü komplekslərinin yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin yerinə yetirilməsinə də rəhbərlik edib. O, kosmik fəzanı tədqiq edən peyk cihazlarının yaradılmasında da yaxından iştirak edib.

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizdə kosmik tədqiqatların əsasını qoyan və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş görkəmli dövlət xadimi Arif Mehdiyevin elmi məktəb yaratdığını bildirib, akademikin elmi irsini Azərbaycan elminin yüksək nailiyyəti kimi qiymətləndirib. Vurğulayıb ki, alimin rəhbərliyi ilə hazırlanmış yerüstü və təyyarə məlumat-ölçü kompleksləri “Günəş-84” Beynəlxalq Eksperimentində istifadə ilə yanaşı, kosmonavtları kosmosda uçan zaman peykaltı ölçmələrlə təmin edib.

Daha sonra tədbirdə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək kosmik, aviasiya və informatika elmləri sahəsində görkəmli alim A.Mehdiyevin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açıb. Akademik A.Mehdiyevin elmi araşdırmalarının yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı olduğunu deyən AMEA-nın vitse-prezidenti tanınmış alimin Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifi olduğunu söyləyib.

Akademik Rasim Əliquliyev diqqətə çatdirib ki, A.Mehdiyevin rəhbərliyi ilə aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılıb. Alim A.Mehdiyevin bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanındığını vurğulayaraq, onun tədqiqatlarının elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr verdiyini diqqətə çatdırıb. Akademik Arif Mehdiyevin 300-dən artıq elmi əsərin, o cümlədən 50-dək patentin müəllifi olduğunu, alimin rəhbərliyi ilə 20-dək fəlsəfə doktoru və 5 elmlər doktorunun hazırlandığını qeyd edib. Həmçinin tanınmış alimin zəngin elmi irsinin qorunub saxlanması və təbliği istiqamətində təkliflərini səsləndirib.

Tədbirdə Azərbaycanın əməkdar mühəndisi, geologiya-mineralogiya elmləri doktoru Ülvi Mehdiyev də çıxış edərək, A.Mehdiyevin dövlət, cəmiyyət, eləcə də elmi və pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmuş bütöv bir şəxsiyyət olduğunu bildirib, tanınmış alimin xatirəsinin hər zaman qəlblərdə yaşayacağını inamını ifadə edib.

Sonda akademik A.Mehdiyevin ailə üzvləri ilə xatirə şəkli çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri