Icma.az
close
up
RU
AMEA da akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunan elmi sessiya keçirilib

AMEA da akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunan elmi sessiya keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Aprelin 22-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, SSRİ Xalq memarı, Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən biri olan akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri qoyub, onların xatirələrini ehtiramla anıblar.

Daha sonra iştirakçılar foyedə Mikayıl Useynovun yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli memar Mikayıl Useynovun zəngin yaradıcılığından, elmi-təşkilati fəaliyyətindən və Azərbaycanın milli memarlıq sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb. 

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını vurğulayaraq, həmin qərarın işığında AMEA-da yubiley tədbirlərinə start verildiyini bildirib. O, Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən biri olan akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş elmi sessiyanın da AMEA-nın 80 illik yubileyi çərçivəsində əhəmiyyətli tədbirlərdən olduğunu qeyd edib: “Akademik Mikayıl Useynov AMEA-nın əsasını qoyan görkəmli şəxsiyyətlərdən biri, Akademiyanın sənətşünaslıq və memarlıq elmi istiqamətlərinin ilk görkəmli yaradıcısı və bu elm ocağının sonrakı inkişaf mərhələlərində böyük rol oynamış alimdir”.

AMEA rəhbəri bildirib ki, akademik Mikayıl Useynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. O, Azərbaycan memarlıq tarixinə yeni bənzərsiz üslub gətirib. AMEA-nın yerləşdiyi binanın da müəllifi olduğu Mikayıl Useynov 200-dən çox layihə yaradıb və bunların hamısı çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib. Görkəmli memarın layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və digər şəhərlərdə mədəni-məişət binaları tikilib.

AMEA prezidenti Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan akademik Mikayıl Useynovun yüksəkixtisaslı kadrların hazırlanması istiqamətindəki xidmətlərindən də danışıb. Qeyd edib ki, alim Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr verib. 

O, akademik Mikayıl Hüseynovun tarixi memarlıq abidələrinin Azərbaycan memarlıq sənətinin əbədi nümunələrindən sayıldığını və əsrlər boyu daim yaşayacağını bildirib: “Mikayıl Hüseynov 50-ci illərdən sonra, müəllifi olduğu əsərlərində klassik üslubu ənənələrə sadiq qalmaqla inkişaf etdirib, onları Azərbaycan reallığına, müasir dövrün çağırışlarına uyğunlaşdıraraq mühüm nailiyyətlərə imza atıb. Onun tanınmış memar Sadıq Dadaşovla fikir-ideya birliyi əsasında yaratdığı əsərlər Azərbaycan milli memarlığının ən parlaq səhifəsi hesab olunur. Möhtəşəm əsərlərin yaranmasında qısa ömür yaşamış Sadıq Dadaşovun da xidmətləri və əməyi danılmazdır”. 

Çıxışının sonunda akademik İsa Həbibbəyli ölkəmizin memarlıq sənətinin təbliği və memarlıq elminin inkişafı baxımından tədbirin önəmini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Mikayıl Useynovu həqiqi alim, sadə insan və görkəmli memar kimi xarakterizə edib. O, XX əsr Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi Mikayıl Useynovun zəngin memarlıq və dövlətçilik ənənələrini saxlamaqla müasir üslubda memarlıq kompleksləri yaratdığını bildirib. Görkəmli memarın yaradıcılığında sovet dövrü Azərbaycan memarlığı tarixinin əks olunduğunu diqqətə çatdırıb.

Professor Gülçöhrə Məmmədova Mikayıl Useynovun elmi fəaliyyətinə nəzər salaraq alimin həmmüəllifi olduğu “Azərbaycan memarlığı tarixi” kitabının Azərbaycan memarlıq tarixinin ən böyük və fundamental əsəri olduğunu vurğulayıb.

AzMİU-nun Memarlıq fakültəsinin binasının da Mikayıl Useynovun layihəsi əsasında tikildiyini söyləyən rektor qeyd edib ki, tarixi Azərbaycan memarlığından gələn nümunələr əsasında inşa edilən bu bina Azərbaycan paytaxtını bu gün də bəzəməkdədir. O, görkəmli alimin elmi irsinin gənc memarlar üçün böyük tədqiqat mövzusu olduğunu bildirib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə çıxışında görkəmli memar Mikayıl Useynovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan memarlıq sənətində parlaq iz buraxdığını söyləyib.

“Memarlıq tarixçisi Mikayıl Hüseynov memarlıq və nəzəri əsərlərini Sadıq Dadaşovla birgə yaradıb”, - deyən Elbay Qasımzadə ustad sənətkarların yaradıcılığını müqayisə edib, onların birgə çalışdığı dövrü “milli romantizm dövrü“ adlandırıb. Qeyd edib ki, akademik Mikayıl Useynovun Sadıq Dadaşovun vəfatından sonra yaradıcılığı xeyli dəyişib və onun ilk yalnız ərsəyə gətirdiyi layihə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası olub.

Akademik Mikayıl Useynovu müasir Azərbaycan memarlığının dayaqlarından biri kimi xarakterizə edən Elbay Qasımzadə onun SSRİ məkanında memar ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı adı alan şəxs olduğunu bildirib. O, Mikayıl Useynovun siyasi-ictimai fəaliyyətindən də bəhs edərək Mikayıl Useynovun dəfələrlə Ali sovetin deputatı olduğunu, uzun illər Azərbaycan Memarlar İttifaqının sədri vəzifəsində çalışdığını diqqətə çatdırıb.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək bildirib ki, Azərbaycanda böyük memarlıq məktəbinin yaradıcısı kimi, Mikayıl Useynovun yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müxtəlif abidələrin, sənət nümunələrinin ərsəyə gəlməsində böyük əməyi olub. Mikayıl Useynov əsərlərində memarlıq sənətinin irsindən çox ustalıqla istifadə edib və onun yaradıcılığında heç bir əcnəbi memarlıq nümunələrə rast gəlinmir.

Ərtegin Salamzadə qeyd edib ki, görkəmli memar 40 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna rəhbərlik edib. Alimin rəhbərliyi altında onlarla dissertasiya müdafiə olunub, milli memarlıq elminin kadr potensialı formalaşıb.

Tədbirdə memarlıq doktoru, professor Rayihə Əmənzadə “Akademik Mikayıl Useynov Azərbaycan memarlığının patriarxıdır”, memarlıq doktoru, dosent Rahibə Əliyeva “Tarixə qovuşan Mikayıl Useynov yaradıcılığı”, memarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Tangudur “Mikayıl Useynov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının qurucusu kimi” və memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva “Akademik Mikayıl Useynovun yaradıcılığında memarlıq elementlərinin bədii dili” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda görkəmli memarın ailəsi adından fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Səidə Useynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see351

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see191

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see131

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see129

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri