Icma.az
close
up
RU
AMEA da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış elektron resursun təqdimatı olub

AMEA da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış elektron resursun təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 sentyabr, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin iclasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış eresurslar.info.az veb səhifəsinin təqdimatı olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Tədbirlər planı hazırlanaraq təsdiq olunub.Təbirlər planı AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğini əhatə edən çoxsaylı nəşr və tədbirləri əhatə edir. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-da həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq özünün ideya müəllifliyi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanıb.

“Bəxtiyar Vahabzadə Azərbaycanın milli istiqlal şairidir və Ulu Öndər Heydər Əliyevin daim hörmət bəslədiyi ziyalılardan biri olub. Ümummilli Lider onu sovet hakimiyyətinin təqiblərindən daim qoruyub və dahi liderin Azərbaycançılıq ideologiyasının həyata keçirilməsinə Bəxtiyar Vahabzadə şərəflə xidmət edib”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov yeni hazırlanmış elektron resursu təqdim edib. Vurğulayıb ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.

Resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Bəxtiyar Vahabzadənin müəllifi olduğu və müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Axı dünya fırlanır”, “Gülüstan poeması”, “Dərin qatlara işıq”, “Səməd Vurğun”, “Mənim dostlarım” və s. əsərləri, “Gəlin açıq danışaq...” məqalələr toplusu, “Fəryad”, “Bir baharın qaranquşu” kimi 80-dən artıq kitabla tanış ola bilərlər. Həmçinin 14 adda əsərin ingilis dilində olan tərcüməsi də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim edilir.

MEK direktoru diqqətə çatdırıb ki, elektron bazada, həmçinin sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb. “Fotoyaddaş” bölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, müsahibələri və sənədli materiallar bir arada sistemləşdirilib. Burada, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar da yer alıb.

Hüseyn Hüseynov qeyd olunanları əyani nümayiş etdirib və Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron resurs Rəyasət Heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri