Icma.az
close
up
RU
AMEA ilə Kembric Universiteti arasında elmi əməkdaşlıq genişləndiriləcək

AMEA ilə Kembric Universiteti arasında elmi əməkdaşlıq genişləndiriləcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Kembric Universitetinin nəzdindəki Kembric Mərkəzi Asiya Forumunun direktoru professor Sidharth Saxena və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson ilə görüşüb.

Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Böyük Britaniya arasında elmi və mədəni əlaqələrin genişləndirilməsi, habelə Nizami Gəncəvinin ədəbi irsinin Avropada tanıdılması istiqamətində həyata keçiriləcək layihələrin əhəmiyyətindən danışıb.

AMEA rəhbəri bildirib ki, birgə əməkdaşlıq çərçivəsində nəşr olunan “44 gün Qarabağ – işğaldan azadlığa” kitabından sonra Akademiya ilə britaniyalı mütəxəssislər arasında əlaqələr daha da genişlənib. AMEA-nın Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərinin - “The Great Azerbaijani Poet Nizami Ganjavi” (akademik İsa Həbibbəyli), “Ethnic Identity of Nizami Ganjavi” (akademik Gövhər Baxşəliyeva), “Nizami və Şekspir” (akademik Teymur Kərimli) - Kembric Universitetinin kitabxanasına hədiyyə edilməsi, eləcə də Kembric Universitetində həmin kitabların təqdimatının keçirilməsinin planlaşdırılması birgə əməkdaşlığın yeni mərhələsidir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatının böyük klassiklərindən biridir və onun yaradıcılığının Avropada daha geniş tanıdılması ilə yanaşı, milli mənsubiyyətinin tarixi faktlar əsasında düzgün təqdim olunması böyük əhəmiyyət daşıyır. O, şairin fars dilində yazmasının onun milli mənsubiyyətini müəyyənləşdirmədiyini, orta əsrlərdə fars dilinin geniş yayılmış poeziya dili olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, sovet dövründə ölkəmizin beynəlxalq əlaqələrinin məhdudluğu Nizami irsinin dünya miqyasında Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi tanıdılmasına müəyyən çətinliklər yaradıb.

Kembric Universitetində keçirilməsi planlaşdırılan Azərbaycan nəşrlərinin təqdimatının bu həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacağını deyən akademik İsa Həbibbəyli bildirib ki, Nizaminin Azərbaycan ədəbiyyatına mənsubluğu, yaradıcılığının fəlsəfi və bədii xüsusiyyətləri elmi əsaslarla beynəlxalq auditoriyaya çatdırılmalıdır.

Akademik, həmçinin Böyük Britaniyaya səfər çərçivəsində Britaniya Akademiyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin planlaşdırıldığını söyləyib. Diqqətə çatdırıb ki, AMEA-nın institutlarının bu əməkdaşlığa cəlb olunması, müxtəlif istiqamətlər üzrə birgə elmi layihələrin həyata keçirilməsi gələcək fəaliyyətin əsas istiqamətlərindən biri ola bilər.

Görüşdə professor Sidhart Saxena Nizami Gəncəvinin yaradıcılığının beynəlxalq miqyasda tanıdılması təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, böyük klassiklərin yaradıcılığını və milli mənsubiyyətini bir dil amili çərçivəsində qiymətləndirmək düzgün deyil.

“Əsas problem ondan ibarətdir ki, Avropa ölkələrində son 200 il ərzində xalqları və mədəniyyətləri bir ölkə və bir dil əsasında təsnif etmək ənənəsi formalaşıb: fransız, alman, ingilis və s. Buna görə də müxtəlif xalqların fərqli dillərdə danışması və tarixən çoxdilli mühitdə yaşaması bir çox avropalılar üçün yeni anlayışdır. Nizami Gəncəvi, Əl-Xarəzmi və Əmir Xosrov Dəhləvi nümunələri göstərir ki, onların fars dilində yazıb-yaratması fars mənşəli olduqları anlamına gəlmir. Bu baxımdan, sizin təşviq etdiyiniz müzakirə yalnız Azərbaycanın tanıdılması deyil, həm də mövcud düşüncə tərzinin dəyişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Kembricə gəlmək və təklif etdiyimiz görüş bu istiqamətdə mühüm addımdır”, - deyə professor Siddharth Saxena söyləyib.

Professor AMEA ilə tərəfdaşlığın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək deyib: “Akademiya modelinin və bu ideyanın inkişafına, dəstəklənməsinə töhfə vermək üçün səylə çalışırıq. Hətta bu barədə Akademiyadan dəyərli bir institusional model kimi bəhs edən nəşr hazırlamışam. Buna görə də AMEA ilə tərəfdaşlığımız bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Görüşdə, həmçinin Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson çıxış edərək AMEA ilə Britaniya Akademiyası, eləcə də Kral Cəmiyyəti və Kral İncəsənət Cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin qurulmasına və müvafiq görüşlərin təşkilinə köməklik göstərməyə hazır olduğunu deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri